Çin raket qalıqlarına görə Tayvan yaxınlığında gəmilərə qadağa qoyub
Çin həftə sonu Tayvan yaxınlığındakı ərazidə gəmilərin hərəkətinə qadağa qoyulacağını bildirib.
İnformator.az xarici mediaya əsasən bildirir ki, Pekin bu həftə sonu Tayvan yaxınlığındakı bir ərazidə gəmilərin hərəkətini məhdudlaşdırmağı planlayır. Çünki həmin əraziyə raket qalıqları düşə bilmə ehtimalı var.
Taypeydən təxminən 160 kilometr aralıda olan ərazi bazar günü səhər saat 9-dan 15:00-a qədər bağlanacaq.
Sözügedən ərazi Yaponiyanın İşigaki adasının şimal-qərbində yerləşir. Bu ərazi Yaponiyanın Senkaku və Çinin Diaoyu adlandırdığı Şərqi Çin dənizindəki bir qrup mübahisəli adaların yaxınlığında yerləşir.
İlkin
