00:00:00
Yazar
Ayan Sədi
09.04.2026 10:35 16 1 dəq oxuma
Dünya

Çin və Rusiyadan ABŞ-yə "Veto" zərbəsi

Çin və Rusiyadan ABŞ-yə "Veto" zərbəsi

Çin və Rusiya BMT Təhlükəsizlik Şurasının (TŞ) Hörmüz boğazı ilə bağlı qətnaməsini veto edib.

 

Mövzu ilə bağlı siyasi şərhçi Araz Xan “İnformator.az”a açıqlamasında bildirib ki, Hörmüz boğazının təhlükəsizliyi qeyri-müəyyəndir:

 

“ABŞ və İran hələlik atəşkəs barədə razılığa gəlib, amma nə qədər ki, ortada yekun bir sənəd yoxdur, təhlükəsizliklə bağlı ciddi narahatlıqlar qalacaq. Həmçinin Hörmüz boğazının təhlükəsizliyi qeyri-müəyyəndir. Boğazdan təhlükəsiz keçid və etibarlı mühitin formalaşması üçün beynəlxalq bir sənəd olmalıdır. O vaxta kimi isə İran daxili qanunları və ABŞ-yə təqdim etdiyi 10 maddəlik sənəddə göstərdiyi şərtlərlə prosesi davam etdirəcək.

 

Çin və Rusiya BMT Təhlükəsizlik Şurasında veto hüququndan istifadə etməklə öz strateji maraqlarını qoruyublar. Yaranmış vəziyyətdə hər iki ölkənin regionda təsir imkanlarını artırdığını deyə bilərik. Digər tərəfdən, Rusiya və Çin regionda müttəfiqlərini qorumaqla ABŞ-nin planlarını ertələməsinə nail oldular".

 

Aydan Əsgərxanlı

#gündəm #azərbaycan #baki #çin #abş-yə
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər