00:00:00
Yazar
Cavahir Əsgərbəyli
20.04.2026 14:10 22 1 dəq oxuma
Dünya

Çin XİN: Pekin İran və ABŞ arasında barışığa töhfə vermək niyyətindədir 

Çin XİN: Pekin İran və ABŞ arasında barışığa töhfə vermək niyyətindədir

 

Pekin İran-ABŞ münaqişəsinin qarşısının alınmasında və müharibə edən tərəflər arasında barışığın təşviq edilməsində konstruktiv rol oynayacaq.

 

"İnformator.az" xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Qo Tszyakun bu barədə jurnalistlər üçün təşkil olunan brifinqdə deyib.
 

“Pekin münaqişə tərəfləri arasında əldə olunan atəşkəs rejiminin impulsunu qorumağa və danışıqları irəli aparmağa yönələn səyləri dəstəkləyir. Çin gərginliyin azaldılmasında və Yaxın Şərqdə davamlı sülh və sabitliyə nail olmaqda konstruktiv rolunu davam edəcək”, - deyə Qo Tszyakun bildirib.

XİN nümayəndəsinin sözlərinə görə, hazırda Yaxın Şərqdəki vəziyyət “müharibə ilə sülh arası mərhələdədir” və barışıq üçün “fürsət pəncərəsi” artıq açıldığı üçün müharibənin tez bir zamanda bitməsinə əlverişli şərait yaradılmalıdır.

 

 

#çin #barışığa #niyyətindədir #abş
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər