Çində helikopter qəzasında 3 nəfər həlak olub
Çinin şimalındakı Şaansi əyalətinin mərkəzi Sian şəhərində helikopterin qəzaya uğraması nəticəsində 3 nəfərin öldüyü açıqlanıb.
İnformator.az xarici mediaya istinadən xəbər verir ki, havadan seyir üçün istifadə edilən helikopterin qəzaya uğraması nəticəsində 3 nəfər həlak olub.
Qeyd edək ki, ölənlərin kimiliyi haqqında rəsmi açıqlama verilməyib.
