00:00:00
Yazar
Admin User
08.12.2025 11:18 127 2 dəq oxuma
Maraqlı

Çində "xoşbəxt deyilsənsə, işə gəlmə" icazəsi tətbiq olunur

Çində "xoşbəxt deyilsənsə, işə gəlmə" icazəsi tətbiq olunur

Çində fəaliyyət göstərən “Pang Dong Lai” şirkətinin “xoşbəxt deyilsənsə, işə gəlmə” qaydası iş dünyasında böyük rezonans yaradıb. Şirkətin qurucusu Yu Donglai işçilərin emosional və zehni rifahını fiziki sağlamlıq qədər vacib sayaraq onlara sərbəst şəkildə istirahət imkanı tanıyır. Bu yanaşma həm məhsuldarlığı artırması, həm də insan yönümlü iş mühitinin formalaşması ilə gündəmə gəlib.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında psixoloq Zeynəb Əyyubova bildirib ki, işçinin özünü xoşbəxt hiss etmədiyi gün işə gəlməməsinə icazə verilməsi, ilk növbədə, emosional rifahın da ümumi sağlamlığın bir parçası kimi qəbul olunmasını göstərir:

 

Bu yanaşma işçinin hislqərini inkar etmədən, əksinə, onları tanıyan və nəzərə alan humanist bir iş mühiti yaradır. Belə bir mühitdə işçi özünü daha təhlükəsiz hiss edir, daxili gərginlik azalır, tükənmişlik riski aşağı düşür. Nəticədə həm psixoloji rahatlıq artır, həm də işçinin işə qarşı motivasiyası güclənə bilər.

 

Bu tip sərbəstlik bəzi insanlarda məsuliyyətdən yayınma kimi görünə bilsə də, psixoloji baxımdan əsas məsələ balansın doğru qurulmasıdır. Əgər təşkilatın ümumi dəyərləri şəffafdırsa, liderlik etibara əsaslanırsa və işçilər arasında qarşılıqlı hörmət mövcuddursa, sui-istifadə ehtimalı ciddi şəkildə azalır. Belə sistemlərdə işçilər daha çox daxili motivasiya ilə davranır, məsuliyyət hissi isə məcburiyyət yox, güvən üzərində formalaşır. Balansı qorumağın əsas yolu isə həm işçiyə emosional azadlıq vermək, həm də gözləntiləri aydın şəkildə müəyyənləşdirməkdir.

 

Ümumilikdə bu addım psixoloji baxımdan mütərəqqi hesab oluna bilər. O, insan psixikasının mexaniki bir struktur olmadığını, emosional vəziyyətin iş keyfiyyətinə birbaşa təsir etdiyini qəbul edən bir yanaşmadır. Stresi azaldan, tükənmişliyin qarşısını alan və işçinin özünü dəyərli hiss etdirdiyi üçün həm fərdi, həm də korporativ rifaha xidmət edən bir addımdır. Bu cür qaydalar iş yerlərində emosional savadlılığın artmasına, daha sağlam kollektiv münasibətlərin formalaşmasına və ümumilikdə daha dayanıqlı iş mühitinin yaranmasına təkan verir”.

 

Ədilə Hüseynzadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər