00:00:00
Yazar
Admin User
15.01.2026 18:49 87 1 dəq oxuma
Dünya

Çindən etirazların davam etdiyi İrana dəstək mesajı

Çindən etirazların davam etdiyi İrana dəstək mesajı

Çin Xarici İşlər naziri Vanq Yi iqtisadi çətinliklərin daha da çoxaltdığı etiraz dalğasının yaşandığı İrana dəstək mesajı verib.

 

Çin Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, nazir Vanq Yi İran Xarici İşlər naziri Abbas Əraqçi ilə telefon danışığı aparıb.

 

“İran hökumətinin və xalqının bir araya gələrək çətinliklərin öhdəsindən gələcəyinə, milli sabitliyi qoruyacağına, qanuni hüquq və maraqlarını müdafiə edəcəyinə inanırıq”,- deyə Vanq Yi bildirib.

 

Vanq Yi ABŞ-nin İrana mümkün müdaxilə ehtimalına toxunaraq, Çinin beynəlxalq münasibətlərdə güc tətbiqinə və hədəyə, bir ölkənin iradəsinin digərlərinə zorla qəbul etdirilməsinə və “meşə qanunlarına” qayıdılmasına qarşı olduğunu vurğulayıb.

 

Çinli nazir bütün tərəfləri sülhü üstün tutaraq təmkinli davranmağa və fikir ayrılıqlarını dialoq yolu ilə həll etməyə çağırıb, ölkəsinin bu prosesdə konstruktiv rol oynamağa hazır olduğunu qeyd edib.

 

TRT XƏBƏR

Lalə Qurbanlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər