00:00:00
Yazar
Lalə Qafarova
21.09.2026 21:05 52 2 dəq oxuma
Dünya

Çinlə ABŞ arasında ticarət-iqtisadi məsləhətləşmələr başlayıb

Çinlə ABŞ arasında ticarət-iqtisadi məsləhətləşmələr başlayıb

ABŞ və Çin arasında məhdudiyyətlərin aradan qaldırılması dünya bazarında qiymətlərə təsir göstərə bilər.

Mövzu ilə bağlı ”İnformator.az”a açıqlamasında politoloq  Zeynal Əmrəliyev bildirib ki, ABŞ uzun müddətdir Çinlə iqtisadi münasibətlərin normallaşdırılmasına çalışır:

 

“Düzdür, iki ölkə arasında iqtisadi rəqabət mövcuddur, lakin Tramp administrasiyası da yaxşı başa düşür ki, qarşıdurmanın davam etdirilməsi ABŞ üçün müsbət nəticə verməyəcək.

Bu baxımdan Çinlə münasibətlərin normallaşdırılması istiqamətində qarşılıqlı addımların atılması, ticarət məhdudiyyətlərinin və tətbiq olunan embarqoların aradan qaldırılması ilə bağlı danışıqların aparılması əhəmiyyət kəsb edir. Eyni zamanda, iki ölkə arasında yeni ticarət əlaqələrinin inkişaf etdirilməsi, müxtəlif səviyyəli birgə layihələrin həyata keçirilməsi və dünya bazarının tənzimlənməsi istiqamətində də Pekin və Vaşinqton arasında danışıqlar davam etdirilə bilər”.

 

Politoloq qeyd edib ki, burada əsas məqsəd iki ölkə arasında iqtisadi əlaqələrə tətbiq olunan məhdudiyyətlərin aradan qaldırılmasıdır:

 

“Həm ABŞ Çinə qarşı sanksiyalar tətbiq edib, həm də Çin Vaşinqtona qarşı analoji addımlar atıb. Bu baxımdan həmin məhdudiyyətlərin ləğvi danışıqların əsas istiqamətlərindən birini təşkil edə bilər.Eyni zamanda, dünya bazarında, xüsusilə enerji və elektron məhsullar sahəsində ticarət əlaqələrinin davam etdirilməsi də mühüm əhəmiyyət daşıyır. Hər iki dövlət bir-birinə qarşı elektron məhsulların ticarəti ilə bağlı ciddi məhdudiyyətlər tətbiq edib. Bunların aradan qaldırılması dünya bazarında elektron məhsulların qiymətlərinin aşağı düşməsinə səbəb ola bilər”.

 

Zeynal Əmrəliyevin sözlərinə görə, tətbiq olunan sanksiyalar həm Çində, həm də ABŞ-də istehsal edilən elektron məhsulların, o cümlədən kiçik ölçülü elektron cihazların, elektrik və hibrid avtomobillərin qiymətlərinə təsir göstərir. 

Çin və ABŞ bu sahələr üzrə dünyanın aparıcı ölkələrindəndir. Əgər iki ölkə arasında bu məsələlərlə bağlı razılaşma əldə olunarsa, həmin məhsulların qiymətlərində müəyyən ucuzlaşma müşahidə oluna bilər. Buna görə də düşünürəm ki, iki ölkənin iqtisadi və ticarət məsələləri üzrə anlaşmaya gəlməsi hər iki tərəf üçün ciddi əhəmiyyət daşıyır.

 

Nurgün Qənizadə

#baki #məsləhətləşmələr #azərbaycan #arasında
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər