Ərdoğan BMT-də çıxış edəcək
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-nin 81-ci Baş Assambleyasında iştirak etmək üçün Nyu-Yorka səfər edib.
Ərdoğan sentyabrın 22-də BMT Baş Assambleyasında 16-cı dəfə çıxış edəcək. Onun çıxışında əsas diqqəti Qəzza, Fələstinin dövlət kimi tanınması və İsrailə qarşı beynəlxalq tədbirlərə yönəltməsi gözlənilir.
Səfər çərçivəsində Ərdoğanın müxtəlif dövlət və hökumət başçıları ilə görüşləri də keçiriləcək.
TRT Haber
Aişə Mustafayeva