00:00:00
Yazar
Aise Mustafayeva
21.09.2026 22:06 49 1 dəq oxuma
Dünya

Yəməndə döyüşlər: 120 mindən çox insan evindən didərgin düşüb

 

Yəməndə döyüşlər: 120 mindən çox insan evindən didərgin düşüb

Yəməndə husilər ilə Səudiyyə Ərəbistanının dəstəklədiyi hökumətyönlü qüvvələr arasında döyüşlərin şiddətlənməsi nəticəsində 120 mindən çox yəmənli evindən didərgin düşüb.

 

 

Son günlər 3 mindən çox yəmənli Qırmızı dənizi keçərək Cibutiyə sığınıb. Qaçqınlar bildiriblər ki, hava hücumları və təyyarə səsləri onları ailələri ilə birlikdə ölkəni tərk etməyə məcbur edib.

 

 

Husilər Yəmənin Qırmızı dəniz sahillərində irəliləyərkən, Səudiyyə Ərəbistanının dəstəklədiyi qüvvələr hava zərbələri ilə cavab verib. Husilərin də Səudiyyə Ərəbistanına dron və raket hücumları həyata keçirdiyi bildirilir.

 

 

Cibutidəki düşərgəyə sığınan yəmənlilər əsas istəklərinin müharibənin dayanması və ölkələrinə sülhün qayıtması olduğunu deyiblər.

 

Aişə Mustafayeva 

#mindən #didərgin #gündəm #düşüb
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər