“Çıxarılan qaz 3 aspektdə istifadə olunur”
2025-ci ildə ölkədə 51,5 milyard kubmetr təbii qaz hasil edilib.
Mövzu ilə bağlı iqtisadi şərhçi Xalid Kərimli “İnformator.az”a açıqlamasında bildirib ki, 2020-ci illərdən qazı Avropaya da ixrac eləməyə başladıq:
“Şahdəniz qaz yatağının ilkin istismarı, qazın çıxarışı 2015-2016-cı illərə təsadüf olunur. Çıxarılan qaz 3 aspektdə istifadə olunur. Birincisi, ixrac olunur, hansı ki, Cənub Qaz Dəhlizi vasitəsilə 21-22 milyard kubmetr ixraca gedir. Qalan hissəsi də əhaliyə satılır və yerli sənayenin tələbatları üçün istifadə olunur. Qalan iki istiqamət də odur ki, bir bizim gündəlik istifadə elədiyimiz qazlar, bir də sənayedə istifadə olunan qaz. Şahdəniz Konsorsiumu qurulub, orada iştirakçılar var. Onların imkanları genişlənir. Daha çox qaz çıxarıb satırlarsa, həmin o konsorsiumun gəlirləri artır. Birinci məsələ budur. İkinci məsələ isə dövlətin gəlirləri də artır. Dövlət qazı ixrac edir və neft fonduna vəsait gəlir. Həmin o təşkilatların gəlirləri artır, həmin təşkilatlar büdcəyə vergi də ödəyirlər. Bu aspektdə həmin o konsorsiumun iştirakçılarının gəlirləri artır. Qaz çıxaran BP və SOCAR və digər qurumların gəlirləri artır. Gəlirləri artanda onların vergi ödəməsi də artır. Bir də PİRUS-da mənfəət qazı ölkəyə təqdim olunur. Mənfəət qazının satışından gələn pul ölkənin neft fonduna toplaşır və gələcəkdə də o neft fondundan pulu götürüb sosial xərclərəxərcləyirlər. Yəni bu aspektdə təsirlər göstərir”.
Aytac İbrahimova
