00:00:00
Yazar
Zəhra Həsənova
27.04.2026 21:52 22 2 dəq oxuma
Sosial

Çoxmərtəbəli binalarda kombi dövrü bitir?

Çoxmərtəbəli binalarda kombi dövrü bitir?

Nazirlər Kabinetinin yeni qərarına əsasən, binalar layihələndirilərkən artıq hündürlük faktoru əsas götürüləcək.

 

Mövzu ilə bağlı “İnformator.az” a açıqlamasında əmlak eksperti Elnur Fərzəli  bildirib ki, Ölkə üzrə ümumən 2 milyon 700 mindən çox mənzil mövcuddur:

 

"Bu, həm çoxmənzilli yaşayış binalarındakı mənzillər, həm də fərdi yaşayış evləridir. Bunların daha çox hissəsi isə paytaxt Bakı, Abşeron, Xırdalan, Sumqayıt və digər böyük şəhərlərin üzərinə düşür. Çoxmənzilli yaşayış binalarının və fərdi yaşayış evlərinin əksəriyyətində mərkəzi istilikxanalar olmadığına görə vətəndaşlar məcburən öz mənzillərini kombi və digər müxtəlif qızdırıcılar istifadə etməklə həm isti su əldə edir, həm də mənzillərin istilməsində həmin avadanlıqlardan istifadə edirlər. Köhnə çoxmənzilli yaşayış binalarının bir hissəsində mərkəzi istilikxana, yəni qazanxana olsa da, bu çox az sayda binaları əhatə edir”.

 

Ekspertin sözlərinə görə, kombilərin ləğvi ilə bağlı, təbii ki, yalnız və yalnız alternativ mərkəzi qazanxanalar, istilikxanalar inşa olunarsa və həmin yaşayış fondu  binalar, fərdi yaşayış evləri  istilikxanaların təchiz etdiyi isti su ilə mənzillərini isitmə və qızdırma vəziyyətinə gətirilərsə, bu halda kombilərin ləğvinə start verilə bilər:

 

“Hər hansı bir alternativ olmadan vətəndaşların mövcud, belə deyək, kombilərini və yaxud digər qızdırıcılarını ləğv etmək olmaz. Başqa bir tərəfdən isə kombi aparatlarının zərərinə baxsaq, ölkə üzrə minlərlə yeni çoxmənzilli yaşayış binaları var, yüz minlərlə fərdi yaşayış evləri var və sair. Demək olar ki, onların hər biri kombi aparatlarından istifadə etməklə evlərini həm qızdırır, həm də isti su əldə edir. Bu aparatlar işlək vəziyyətdə olanda, gündəlik olaraq ölkə üzrə milyonlarla kombidən çıxan zəhərli qaz havaya daxil olur. Bu, ekologiyanı məhv etməklə bərabər, həmçinin insan sağlamlığına da böyük zərər vurur. Təbii ki, bu addım atılarsa, kombilərin ləğvi təqdirəlayiqdir  həm ekoloji baxımdan, həm də digər tərəfdən. Mənzillərində fərdi şəkildə kombi aparatı quraşdıran vətəndaşlar hər ay kombi aparatına görə qaz və suya əlavə olaraq, mənzilin ümumi sahəsinə uyğun xeyli vəsait ödəyirlər. Təbii ki, bu sistem mərkəzi olarsa, mərkəzi istilikxanalar hesabına vətəndaşlar ödədikləri həmin vəsaitdən azad olarlar. Yalnız mərkəzi istilikxanalara qoşulmaqla, simvolik kommunal ödəniş etməklə, belə deyək, əlavə pul xərclərindən azad olmuş olarlar".


Selcan Xudiyeva

#yeni #çoxmərtəbəli #binalarda #xəbər
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər