00:00:00
Yazar
Vüqar Alışov
07.04.2026 21:52 16 1 dəq oxuma
Araşdırma

Çoxmərtəbəli binalarda üzlük daşlarının qopması təhlükəsi- NƏZARƏT YETƏRLİ QƏDƏR OLUNURMU?

Çoxmərtəbəli binalarda üzlük daşlarının qopması təhlükəsi- NƏZARƏT YETƏRLİ QƏDƏR OLUNURMU?

Çoxmərtəbəli binaların xarici üzlüklərində daş və digər örtük materiallarının yerindən çıxması halları son dövrlərdə artıb.  Belə hallar əsasən tikinti prosesində düzgün bərkidilmə texnologiyasına əməl olunmaması və materialların uzunmüddətli davamlılığının nəzərə alınmaması ilə bağlıdır.

 

Mövzu ilə bağlı "İnformator.az"a təhlükəsizlik eksperti Orxan Musayev bildirib ki, son zamanlar binaların fasad hissəsində müşahidə olunan üzlük daşlarının qopması halları həm vətəndaşların təhlükəsizliyi, həm də infrastrukturun qorunması baxımından tədbirlərin görülməsini zərurət edir:

 

“Bu problem bir neçə səbəbdən qaynaqlanır. İlk növbədə tikinti və üzləmə prosesində texnoloji ardıcıllığın pozulması, xüsusilə də ağır çəkili daşların yalnız yapışdırıcı məhullarla bərkədilməsi əsas risk faktorudur. Beynəlxalq təcrübəyə və yerli tikinti normalarına əsasən, hündürmərtəbəli binalarda hər bir üzlük elementi divara xüsusi metal sistemləri ilə mexaniki qaydada bərkədilməlidir. Bu sistem fasadın dayanıqlığını təmin edir və atmosfer və meteoroloji faktorlar nəticəsində yarana biləcək qopmaların qarşısını alır".

 

Orxan Musayev əlavə edib ki, nəzarət mexanizmlərini tikinti mərhələsində Fövqəladə Hallar Nazirliyi və Tikintidə Təhlükəsizlik Nəzarət Dövlət Agentliyi  həyata keçirməlidir:

 

 "Lakin binanın istismarı dövründə məsuliyyət mülkiyyət növünə görə bölünür. Dövlət mənzil fonduna aid binalarda proflaktik baxış və monitorinqləri mənzil-kommunal istismarı sahələri aparılmalıdır və qəza vəziyyətində olan hissələr vaxtında müəyyən edilməlidir. Özəl yaşayış komplekslərində isə məsuliyyət birbaşa idarəedici şirkət və korporativ rəhbərlik üzərindədir".

 

Mehriban Yariyeva

#Bina #FHN #Təhlükə
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər