00:00:00
Yazar
Admin User
18.06.2025 14:53 224 1 dəq oxuma
İqtisadiyyat

Cərimələrin 5 faizi polislərin sosial müdafiəsi üçün yaradılan xüsusi fonda əlavə ediləcək

Cərimələrin 5 faizi polislərin sosial müdafiəsi üçün yaradılan xüsusi fonda əlavə ediləcək

Yol verilən qanun pozuntuları ilə əlaqədar polis əməkdaşlarının tətbiq etdiyi cərimələrin 5 faizi onların sosial müdafiəsi üçün yaradılan xüsusi fonda əlavə olunacaq.


"İnformator.az" xəbər verir ki, bununla bağlı olan “Polis haqqında” qanuna dəyişiklik təklif olunur.

 

Sənəd Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirə edilib.


Qeyd edilib ki, dəyişikliyin məqsədi polis əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və polis orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədi daşıyır.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər