00:00:00
Yazar
Admin User
02.12.2025 18:28 110 2 dəq oxuma
İqtisadiyyat

D-8 ölkələrinin ticarət nazirlərinin 4-cü iclası Qahirədə keçiriləcək

D-8 ölkələrinin ticarət nazirlərinin 4-cü iclası Qahirədə keçiriləcək

Dekabrın 2-də Qahirədə D-8 ölkələrinin ticarət nazirlərinin 4-cü iclası keçiriləcək. Tədbirdə üzv ölkələrin nümayəndələri iştirak edəcək, Qahirə Bəyannaməsinin qəbul olunacağı gözlənilir.

 

İclas öncəsi dekabrın 1-də yüksək vəzifəli rəsmilərin hazırlıq görüşü keçiriləcək və gündəlik müzakirə olunacaq.

 

D-8 təşkilatı 1997-ci ildə üzv dövlətlər arasında iqtisadi əməkdaşlığı gücləndirmək məqsədilə yaradılıb. Hazırda təşkilata Malayziya, İndoneziya, Pakistan, İran, Banqladeş, Misir, Nigeriya, Türkiyə və 2024-cü ildən Azərbaycan daxildir. Hazırkı sədr ölkə Misirdir.

 

Mövzu ilə bağlı iqtisadçı Emin Qəribli “İnformator.az”a açıqlamasında bildirib ki, ölkələrin ixtisaslaşdığı sahə əsasən kənd təsərrüfatı sahəsidir:

 

“Bəli, biz istəyirik ki, bu platformada 8 təşkilat təmsil olunsun və gələcəkdə digər təşkilatlar da ona qoşulsun. Bunun üçün biz həmin təşkilatlarla əməkdaşlıq etməliyik. Çünki hər bir təşkilat və platforma – orijinal əməkdaşlığın qurulması, ticarət əlaqələrinin genişləndirilməsi və sənaye kooperasiyası baxımından bir vasitə və alət rolunu oynayır. Bu, istisna hal deyil. Ölkələrə gəldikdə isə, bizim üçün hansı ölkələrin prioritet olacağı, orijinal ticarət əlaqələrinin necə qurulacağı önəmlidir. Bu münasibətləri biz düzgün şəkildə təhlil etməliyik.

 

Regional ticarət əlaqələri necə sürətləndirilə bilərmi? Bəli, burada təbii ki, bu platforma əsasında yeni texnologiyaların tətbiqi, yeni rəqəmsal platformaların tətbiqi, müəyyən güzəştlərin, preferensiyaların tətbiqi təbii ki, ticarət münasibətlərini artıra bilər. Bildiyimiz kimi, digər ölkələr əsasən aqrar ölkələrdir, böyük bazara malikdirlər və biz müəyyən məhsulları bazara çıxara bilərik və əməkdaşlıq aparılması üçün müsbət bir haldır. Nəqliyyat-logistika sektorunun inkişafı orta xərc inkişafına da kömək göstərə bilər.

 

Qeyd etdiyim kimi, əsasən bu nəqliyyat sektoruna, bizim kənd təsərrüfatına, ümumiyyətlə sənaye sektorunda müəyyən kimya sənayesidir və digər sahələrə – bildiyimiz kimi, biz Özbəkistan və digər ölkələrə ixrac edirik. Biz yeni ixtisaslaşan sahələrdə də bizim üçün inkişafına xidmət edə bilər və digəri yaşıl energetika sahəsidir. Bu sahələrdə o ölkələrdə imkanlar var. Bu sahələr bizdə inkişaf edə bilər. Lakin ən vacib, mənə elə gəlir, bugünkü gündə həm iqtisadi münasibətlərin artırılması, həm də potensialın artırılması üçün nəqliyyat-logistika və o ölkələrin ixtisaslaşdığı əsasən kənd təsərrüfatı sahəsidir".

 

Aydan Əsgərxanlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər