Dövlət Gömrük Komitəsinin xətti ilə büdcə daxilolmaları 5 % azalıb
Bu ilin yanvar-avqust aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə daxilolmalar 4 milyard 160,6 milyon manat təşkil edib.
"İnformator.az" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5 % azdır. Gömrük daxilolmaları proqnozdan 1,9 % az icra edilib. Xatırladaq ki, bu il DGK büdcəyə 6,6 milyard manat vəsait köçürməlidir. Beləliklə, 8 ay ərzində həmin məbləğin 63 %-i təmin olunub.
