Dövlət idarəçiliyində yeni islahatlar gözlənilir
Azərbaycanda dövlət idarəetməsində yeni islahat dalğasının başlanacağı gözlənilir. Məlumata görə, yaxın aylarda iki nazirliyin birləşdirilməsi və bir sıra dövlət komitələrinin ləğvi nəzərdə tutulur. Hələlik detallar açıqlanmayıb və bu istiqamətdə müzakirələrin aparıldığı bildirilir.
Məqsəd dövlət xərclərinin azaldılması, idarəetmənin daha çevik və funksional hala gətirilməsidir.
Mövzu ilə əlaqədar iqtisadçı ekspert Günay Hüseynova "İnformator.az"a açıqlamasında bildirib ki, müəyyən dövlət qurumlarının ləğvi və ya birləşdirilməsi iqtisadi baxımdan səmərə təşkil edir.Bundan əlavə artıq biz texnoloji cəhətdən inkişaf etmiş və hər hansı bir yenilik olacaqsa qısa müddətdə inteqrasiya edə bilirik:
"Vətəndaş olduğu yerdən elektron şəkildə hansısa sənədi əldə edə bilir.Bu isə o deməkdir ki,artıq müəyyən qurumlara və şəxslərə ehtiyac yoxdur.Məlumdur ki,dövlət idarəsinin xərci maliyyə yüklüyüdür, bundan əlavə əgər sistemləşdirmə varsa artıq ehtiyac qalmır. Hansısa qurumun ləğvi və ya birləşdirilməsinə qaldıqda konkret rəsmi açıqlama yoxdur. Lakin düşünürəm ki, hal hazırda icra hakimiyyətlərinin ləğvi məqsədə uyğun olar. Həm vətəndaşların kütləvi şikayətləri var, özbaşınalıq, süründürməçilik halları həddindən artıq çoxdur. Həmçinin də vətəndaş lazım olan işləri "Asan xidmət" mərkəzlərindən həll edə bilir. Bu qurumun fəaliyyəti dövlət büdcəsi üçün maliyyə itkisidir. İqtisadiyyat, Kənd təsərrüfatı, Mədəniyyət nazirliklərinin tabeliyindəki bir sıra qurumların ləğvi və ya bir başa nazirliyin tabeliyinə verilməsi gözləniləndir. Elə sahələr var ki, sırf bir biri ilə əlaqəlidir onun üçün də iki ayrı quruma ehtiyac yoxdur".

Aydan Məmmədova
