00:00:00
Yazar
Admin User
30.12.2025 15:24 117 2 dəq oxuma
İqtisadiyyat

Dövlət müəssisələri xalis mənfəətinin azı 30 %-ni dividend kimi büdcəyə ödəyəcək

Dövlət müəssisələri xalis mənfəətinin azı 30 %-ni dividend kimi büdcəyə ödəyəcək

Dövlət maliyyə intizamının gücləndirilməsi və büdcə gəlirlərinin artırılması məqsədilə dövlət müəssisələrinin fəaliyyət mexanizmlərində yeni yanaşma tətbiq edilir.

Maliyyə Nazirliyi Prezident İlham Əliyevin bu gün dövlət müəssisələri ilə bağlı imzaladığı fərmanı şərh edib.

 

Mövzu ilə bağlı olaraq iqtisadçı Elman Sadıqov “İnformator.az” a açıqlamasında bildirib ki,dövlət müəssisələrində şəffaflıq və səmərəlilik artırılacaq, xalis mənfəətin 30%-i büdcəyə ödəniləcək:

 

“Maliyyə Nazirliyi Prezident İlham Əliyevin dövlət müəssisələri ilə bağlı fərmanını şərh edib. Fərmanın əsas məqsədi dövlət müəssisələrində maliyyə hesabatlılığını şəffaf və səmərəli etmək, xərcləri düzgün proqnozlaşdırmaq və planlaşdırmaq, büdcə və maliyyə monitorinqini təkmilləşdirməkdir. Nəticədə müəssisələrin səmərəliliyi, mənfəətliliyi artır və şəffaflıq təmin olunur.
Dövlət müəssisələrinin xalis mənfəətlərinin ən azı 30%-i dövlət büdcəsinə dividend olaraq ödəniləcək. Məqsəd ondan ibarətdir ki, dövlət öz qoyduğu investisiyalardan gəlir əldə etsin və bu gəlir büdcəyə töhfə versin. Əvvəllər bəzi müəssisələr uzun müddət dividend ödəməyib, yığılan vəsaitləri istədikləri layihələrə yönəldirdilər. Yeni yanaşma isə müəssisələri illik mənfəətliliyə qarşı daha məsuliyyətli edəcək”.

 

Həmçinin ekspert qeyd edib ki,mənfəətlilik və xərclər nəzarət altında olacaq, investisiyalar əsaslandırılacaq, dövlət müəssisələrinin effektivliyi və fiskal sabitlik qorunacaq:

 

“Hər bir müəssisənin illik maliyyə göstəriciləri xarici audit tərəfindən yoxlanılacaq və yoxlamadan sonra mənfəətin ən azı 30%-i dövlət büdcəsinə yönəldiləcək. Bu, dövriyyəni sürətləndirəcək, borcların azalmasına və büdcənin sabit gəlir əldə etməsinə xidmət edəcək. Bəzi müəssisələr zərərlə işləyir, digərləri isə dotasiya və subsidiyalarla saxlanılır. Bu müəssisələr ciddi təhlildən keçəcək, gəlir və xərcləri dövlət tərəfindən nəzarət olunacaq, investisiya ehtiyacları əsaslandırılacaq və layihələr yalnız ciddi təhlildən sonra maliyyələşdiriləcək.
Dövlət müəssisələrinin mənfəətliliyi artırmaq üçün qiymət artımı mümkün olsa da, bu, makroiqtisadi sabitliyə mənfi təsir göstərə bilər. Əsas prioritet sosial risklərdən uzaq olmaq, fiskal sabitliyi qorumaq və dövlətin gəlir imkanlarını artırmaqdır. Bu yanaşma həm şəffaflığı, həm də dövlət müəssisələrinin effektivliyini artırır”.

 

Arzu Poladova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər