00:00:00
Yazar
Admin User
08.01.2026 18:07 108 2 dəq oxuma
İqtisadiyyat

Dövlətə məxsus kredit təşkilatlarının yenidən təşkili Prezidentin səlahiyyətinə verilib

Dövlətə məxsus kredit təşkilatlarının yenidən təşkili Prezidentin səlahiyyətinə verilib

Azərbaycanda dövlətə məxsus kredit təşkilatlarının yenidən təşkili və ləğvi ilə bağlı qərarları Prezident verəcək. Bununla bağlı Prezident İlham Əliyev 7 avqust 2009-cu il tarixli fərmana dəyişiklik edib.

 

Yeni fərmana əsasən, dövlət payı olan bankların və bank olmayan kredit təşkilatlarının yenidən təşkili və ləğvi Prezidentin səlahiyyətinə daxil edilib. Eyni zamanda, İqtisadiyyat Nazirliyi Maliyyə Nazirliyinin təklifi əsasında bu qurumların nizamnaməsinin təsdiqi və nizamnamə kapitalının müəyyənləşdirilməsi məsələlərini Prezidentlə razılaşdırmalı olacaq.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında iqtisadçı ekspert İsmayıl Məmmədov bildirib ki, Prezidentin dövlət payı olan bankların və bank olmayan kredit təşkilatlarının yenidən təşkili və ləğvi ilə bağlı qərarvermə səlahiyyətini birbaşa öz üzərinə götürməsi institusional baxımdan əhəmiyyətli dəyişiklikdir:

 

"Bu mexanizm həm idarəetmə səmərəliliyi, həm maliyyə risklərinin idarəsi, həm də bank sektorunda islahatların dərinliyi baxımından müsbət nəticələr doğura bilər.

 

Müsbət tərəflərdən biri strateji vahidlik və koordinasiyadır. Dövlət bankları üzrə qərarların ali icra səviyyəsində cəmlənməsi parçalanan idarəetməni azalda, dövlətin maliyyə, sənaye və sosial siyasəti ilə bank strategiyalarını daha sıx uyğunlaşdıra bilər. Struktur qərarların sürətlənməsi də müsbət cəhətlərdəndir. Bu zaman qərarlar uzunmüddətli bürokratik proseslərsiz həyata keçirilə bilər. Aktivlərin, filial şəbəkələrinin və kadr potensialının daha rasional bölüşdürülməsi mümkün ola bilər. Dövlət banklarında yaranan problemlər vaxtında aşkarlanaraq maliyyə sisteminə yayılmadan qarşısı alına bilər. Nizamnamə kapitalı və struktur dəyişikliklərinin Prezidentlə razılaşdırılması dövlət büdcəsi və vergiödəyicilər üçün potensial risklərin daha ciddi nəzarətdə saxlanmasına imkan yaradır. Maliyyə böhranları zamanı mərkəzləşdirilən qərarvermə daha koordinasiyalı və sürətli tədbirləri mümkün edə bilər. Zərərli, yüksək olan və ya bazar rolunu itirmiş aktivlərin konsolidasiyası və ya ləğvi daha real hala gələ bilər. Ali səviyyədə təsdiq mexanizmi banklardan daha şəffaf maliyyə hesabatları, audit nəticələri və nəticə əsaslı idarəetmə tələb edə bilər. Dövlət banklarının “avtomatik xilas ediləcəyi” gözləntisi zəiflədikcə riskli kreditləşmə və qeyri-səmərəli fəaliyyət azalə bilər.  Depozitlərin sığortalanması mexanizmi qalır, lakin diversifikasiya və bankların maliyyə sağlamlığının izlənməsi daha vacib olur.  Konsolidasiya və restrukturizasiya kadr dəyişikliklərinə səbəb ola bilər; peşəkar ixtisaslaşma ön plana çıxacaq. 

 

Bu dəyişiklik potensial olaraq müsbət institusional addımdır".

 

Aişə Mustafayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər