Dünya bazarlarında Azərbaycan nefti bahalaşıb
Azərbaycan neftinin 1 barelə olan qiyməti 0.95 ABŞ dolları və ya 1.52% artaraq 63.4 ABŞ dollarına bərabər olub. Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 62.45 ABŞ dolları təşkil edib.
Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli “İnformator.az”a açıqlamasında bildirib ki, günlük bu hərəkətlənmələrlə tam fikir söyləmək olmur:
“Təbii ki, 1.52% artırsa, Azərbaycan neftinin də qiyməti artır. Azərbaycanın neftindən gələn gəlirləri 1.52% artır. Qiymət artımında gələn gəlir də artır. Gələn il üçün neftin qiyməti daha ucuz olacaq. Bu ildən daha aşağı olacağı gözlənilir”.
Nuray Əliyeva
