00:00:00
Yazar
Admin User
22.10.2025 18:04 168 1 dəq oxuma
İqtisadiyyat

Dünya bazarlarında neft bahalaşır

Dünya bazarlarında neft bahalaşır

 


"ICE London" qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin dekabr müqaviləsinin dəyəri 1,63% artaraq 1 barelə görə 62,32 ABŞ dolları təşkil edib.


Mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli “İnformator.az”a bildirib ki,Dünya birjasında neftin qiymətinin gündəlik dəyişməsi təbii haldır:

 

“Gah ucuzlaşır,gah bahalaşır. Qiymətin ən çox,ən azı bir aylıq,rüblük,altı aylıq və ya bir illik dinamikası daha maraqlıdır. Son vaxtlar neftin qiymətində kəskin ucuzlaşma var idi. Altmış dollara qədər düşmüşdü. İndi bazar geri reaksiya verir və biraz qiymətin artmasına şahid olduq. Son günlərdə təqribən 1,5 dollara yaxın 1 barel neftdə artım var. Yəni ciddi bir müzakirə mövzusu deyil. Çünki bu trendlərə baxmaq lazımdır. Yəni ilin əvvəlinə baxsaq neftin qiyməti ucuzlaşıb. Ona görə də bu ilin sonunda nə qədər olacaq və gələn il necə olacaq əsas məsələlər budur. Azərbaycan iqtisadiyyatı neftdən çox asılıdır. Və Azərbaycanın parametrləri neftə çox bağlıdır. Neft nə qədər bahalaşırsa, Azərbaycana xeyirdir. Və ucuzlaşsa, təbii ki, gəlirimiz azalar. Bu da neftdən asılılığın məsələsini yenidən gündəmə gətirir. Neftdən asılılıq məsələsinə görə də mütləq bu məsələ öz həllini tapmalıdır”.

Nəzrin Nəsirova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər