00:00:00
Yazar
Admin User
29.01.2026 18:39 63 1 dəq oxuma
İqtisadiyyat

Dünya bazarlarında neft qiymətləri yüksəlib

Dünya bazarlarında neft qiymətləri yüksəlib

“Brent” markalı neftin fyuçersləri 1,06 dollar və ya 1,57% artaraq bir barel üçün 68,43 dollara çatıb. “WTI” neftinin qiyməti 1,15 sent və ya 1,82% artaraq bir barel üçün 64,35 dollara yüksəlib.

 

Mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli “İnformator.az”a açıqlamasında bildirib ki, neftin qiymətlərinin gündəlik,həftəlik dəyişməsi o qədərdə önəmli deyil:

 

“Önəmli olan aylıq, rüblük,yarımillik və illik dəyişimlərdir. Təbii ki, qiymət artdıqca, bu Azərbaycan üçün xeyirlidir. Azərbaycana daha çox neft gəlirləri daxil olur. Neft gəlirləri daha çox daxil olanda həm büdcə parametrlərini yerinə yetirmək, həm də neft fondunu ehtiyyatlarını artırmaq mümkün olur. Yəni neftin qiyməti nə qədər yüksək olsa, Azərbaycan üçün bir o qədər xeyirlidir. Amma bunun daimi olması lazımdır və indi müvəqqəti artıb. Bir müddət sonra düşə də bilər. Orta illik proqnozlara baxdıqda məşhur dünya mərkəzlərinin təqribən 55,65 dollar arası olması il ərzində gözlənilir”.

 

 

Nuray Əliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər