00:00:00
Yazar
Admin User
04.02.2026 18:59 77 1 dəq oxuma
İqtisadiyyat

Dünya Bazarlarında Neft Qiymətləri Yenidən Artımda: Enerji Bazarı Nə Gözləyir?

Dünya Bazarlarında Neft Qiymətləri Yenidən Artımda: Enerji Bazarı Nə Gözləyir?

Dünya bazarlarında neftin qiymətində növbəti bahalaşma müşahidə olunur. Hazırda “Brent” markalı neftin bir bareli 67,71 dollar, yüngül neft (WTI) isə 63,62 dollar səviyyəsində təklif edilir. Qiymətlərdəki bu artım qlobal enerji bazarlarında təklif–tələb balansı, geosiyasi risklər və istehsalçı ölkələrin qərarları fonunda baş verir.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında iqtisadçı Xalid Kərimli bildirib ki, bu günlərdə neftin qiyməti İranla, Hörmüzd boğazı ilə bağlı hadisələr zəminində formalaşır:

 

“İranın neft bazarında rolu təkcə öz hasilat və ixracatı ilə məhdudlaşmır. Onların hasilatı, ixracatı sıxışdırılıb. Potensialından aşağı çıxarılıb. Dünyanın təqribən 25 faiz neftinin keçdiyi Hörmüzd boğazının sahilində yerləşir. Müharibə olsa, İran boğazı bağlayacaq. Ona görə də İranla bağlı məsələlər gərginləşəndə neft də bahalaşır. Danışıqlar olduqca neft qiyməti dəyişir”.

 

Banuçiçək Məmmədova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər