Dünya birjalarında neft bahalaşıb
Dünya birjalarında neftin qiymətində yenidən artım müşahidə olunur. Qlobal iqtisadi və geosiyasi amillərin təsiri ilə baş verən bu dəyişiklik həm enerji bazarlarına, həm də ölkələrin iqtisadi sabitliyinə ciddi təsir göstərməkdədir.
Mövzu ilə əlaqədar olaraq iqtisadçı Günay Hüseynova "İnformator.az"a açıqlamasında bildirib ki, neftin bahalaşmasının hazırda bir çox səbəbləri var:
"Dünya birjalarında neftin qiymətinin bahalaşması müşahidə edilir.İlk növbədə onu qeyd edim ki,neftin qiymətinin yüksəlməsi müvəqqəti xarakter daşıyır.Ümumiyyətlə hasilatın artırılması və qiymətlərin sabitləşməsi yönündə müxtəlif işlər görülür.Əks təqdirdə qlobal iqtisadiyyat yüksək inflyasiya ilə qarşılaşa bilər.
Neft qiymətlərinin hal hazırda artmasının bir sıra səbəbləri var :tələb -təklif,Neft hasilatının azalması və ya məhdudiyyətlər ,Regionda baş verən geosiyasi gərginliklərin təsiri və bir sıra səbəblər var.
Tələb təklif amilinə qaldıqda ,istehsal gücünün artması tələbə təsir edən amillər arasındadır.Lakin yuxarda qeyd etdiyim ki,tələb artır təklif isə azdır bu da nəticədə mal və xidmətlərin qiymətinin artmasına səbəbdir. Bunun üçün da bu balansın qorunması üçün hasilatın artması fonunda işlər görülür.
Qlobal iqtisadiyyata və enerji bazarına təsirlərinə qaldıqda isə . Alternativ enerji mənbələrinə yönəlmə,mərkəzi bankların inflyasiya ilə əlaqədar olaraq faiz dərəcələrini yüksəltməsi kimi qiymətləndirilə bilər.Bundan əlavə yuxarda qeyd etdiyim kimi mal və xidmətlərin həmçinin daşınma xərclərinin yüksəlməsi ilə əlaqədar olaraq ərzaq qiymətlərinin artmasına səbəb olar.Burda bir məsələni qeyd edim ki,bütün sadalananlar uzun müddətli qiymət artımı üçün olan proqnozlardır.
Azərbaycanda neftin bahalaşmasının valyuta gəlirlərinə təsirinə qaldıqda isə.İlk növbədə ölkəmizdə bu sahə ilə baglı qiymət tənzimləmələri Dövlət neft şirkətinin və Tarif şurasının qərarları əsasında formalaşır.
Ümumilikdə, qlobal iqtisadiyyatdakı qiymət artımının ölkəmizə təsirinə qaldıqda bu valyuta gəlirlərinin artması,tədiyyə balansının qorunması həmçinin də qeyri neft sektorunun inkişafı baxımdan iqtisadi səmərə təşkil edir".
Arzu Poladova
