Dünyanın 9 itmiş şəhəri
İnformatorun məlumatına görə, Time jurnalının əməkdaşı David Plot dünyadakı ən möhtəşəm 9 itmiş şəhərini araşdırıb.
Çernoblın kabus şəhərləri, Ukrayna- Çernobl nüvə fəlakətindən sonra ətrafındakı şəhərlər tərk edilib. Aradan 20 ildən artıq zaman keçməsinə baxmayaraq şəhərlər hələ də tərk edilmiş vəziyyətdədir. İndi buralarda heç kim yaşamır. Amma yenə də şəhərə gündəlik səfərlər təşkil edə bilərsiniz.
Termessos, Antalya, Türkiyə- Bura 1000 metr dağın üstündə qurulmuş şəhərdir. Makedoniyalı İsgəndər belə fəthləri zamanı Anadoluya gəldiyi zaman buranı işğal etməyə cəhd göstərməyib. Amma şəhər miladdan əvvəl 200-cü ildə su daşıma kanallarını itiridikdə insanlar tərəfindən tərk edilib.
Baia şəhəri, İtaliya- Bu şəhər Roma imperatorluğunun Las Veqası olub. Amma sonra tərk edilib. Bu gün sualtına enməklə bu şəhərin su altındakı qalıqlarını ziyarət etmək mümkündür.
Gedi qalıqları, Keniya- Afrika arxeologiyasındakı ən möhtəşəm sirlərdən biridir. Bura Kenyadakı ən inkişaf etmiş şəhərlərdən biri olub. Bu şəhərdə 600 ildən çox əvvəl belə kanalizasiya sistemi qurulub.
Ani, Türkiyə- Bu şəhər Bağdad və İstanbulun tək rəqibi olub. Bu orta əsrlər şəhəri 500 il əvvəl tərk edilib. Geriyə qalan isə kilsə qalıqları olub.
Geamana, Ruminya- Möhtəşəm gözəlliyi olan şəhərdə 1978-ci ildə mis kəşf edilib və kommunist idarəçiliyi şəhəri zəhərli bir gölə çevirib.
Herakleion ruh şəhəri, Misir- Dünyanın ən gözəl liman şəhərlərindən biri və Misirin giriş qapısı. Tarixi 2200 il əvvələ qədər gedib çıxır. Şəhər Fransız arxeoloqları tərəfindən 2000-ci ildə yenidən kəşf edilib.
Nan Madol Qalıqları, Mikroneziya Federal Ştatları- Okeaniyada tapılan Mikroneziya adalarında məskunlaşma ərazisi. Yüz illər əvvəl tərk edilən bu ərazi ingilis yazıçı HP Lovecraftı da təsirləndirib.
Neversink, ABŞ- Bəlkə də ABŞ-dakı ən ironiyalı şəhər adı. Batmayan mənasına gələn bu şəhər 1798-ci ildə kəşf edilib. Amma 1953-cü ildə qoruğa çevrilməsindən sonra tərk edilib.
