Dünyanın ən təsirli məkanları açıqlanıb
Dünyada görülməsi vacib olan ən təsirli məkanların siyahısı açıqlanıb. UNESCO Dünya Mirası siyahısında yer alan bu ünvanlar arasında 9-cu yerdə Türkiyədən Kapadokya da var.
UNESCO insanlığın ortaq mədəni və təbii irsini qorumaq məqsədilə dünya üzrə 165 ölkədən 1052 unikal məkanı öz siyahısına daxil edib. Siyahıda dünyanın ən möhtəşəm 10 məkanı təqdim olunub:
1. Hindistan - Hoysalas məbədləri:
12–13-cü əsrlərə aid qədim məbədlər detallı daş oyma sənəti və heykəltəraşlığı ilə seçilir.
2. Uels – Arduvaz mənzərələri:
2021-ci ildə siyahıya əlavə olunub və tarixi yaşayış məntəqələri ilə seçilir.
3. Botsvana – Okavango deltası:
Dənizə tökülməyən nadir daxili delta sistemi və zəngin biomüxtəlifliyi ilə diqqət çəkir.
4. Azərbaycan – Xınalıq kəndi:
Böyük Qafqaz dağlarının qoynunda yerləşən yüksək dağ kəndi, qədim ənənələri və təbii gözəlliyi ilə unikal məkandır.
5. İspaniya – Talayotik Menorca:
Tarixə dair qiymətli məlumat verən qədim yaşayış əraziləri ilə tanınır.
6. Portuqaliya – Madeira dəfnə meşələri:
Nadir flora və fauna növləri ilə qorunan təbii ərazi.
7. İsveçrə – Albula & Bernina dəmir yolu:
Alp dağlarının mühəndislik möcüzəsi kimi tanınan tarixi dəmir yolu xətti.
8. Bolqarıstan – Rila monastırı:
X əsrə aid dini və mədəni irs nümunəsi.
9. Türkiyə – Kapadokya (Görəmə Milli Parkı):
Qaya formaları və Bizans dövrünün tarixi izləri ilə dünyanın ən heyrətamiz yerlərindən biri.
10. Fransa – Maison Carrée:
Roma dövrünə məxsus qədim məbəd və 2023-cü ilin yeni Dünya Mirası abidələrindən biri.
Mənbə: Sözcü
Reyhan Quliyeva
