Dünyanın yeni elektrik avtomobili lideri artıq bəlli olub
2011-ci ildə Teslanın baş direktoru İlon Mask Çin elektrik avtomobili istehsalçısı BYD-ni ciddi rəqib hesab etməyib.
Lakin 14 il sonra BYD Teslanı geridə qoyaraq dünyada ən çox elektrik avtomobili (EV) satan şirkətə çevrilib. 2025-ci il məlumatlarına görə BYD 2024-cü illə müqayisədə təxminən 28% artımla 2,26 milyon EV satıb. Tesla isə ardıcıl ikinci il satış azalması yaşayıb, tədarüklər 8,6% düşərək 1,6 milyon olub ki, bu da şirkət tarixində ən böyük illik geriləmədir. BYD-nin avtomobilləri ABŞ-də satılmasa da, Çin Tesla üçün ikinci ən böyük bazar olaraq qalır.
2025-ci ilin dördüncü rübündə Teslanın satışları 418 minə enib və bu, ötən ilin eyni dövrü ilə müqayisədə 15,6% azalma deməkdir. Bir vaxtlar satışlarını illik 50%-ə yaxın artıran Tesla 2024-cü ildə ilk dəfə geriləmə ilə üzləşib, 2025-ci ilin ilk yarısında isə rəqabətin güclənməsi və İlon Maskın siyasi fəaliyyətlərinə qarşı yaranan narazılıqlar səbəbindən satışlarda daha ciddi eniş qeydə alınıb. Bu dövrdə BYD və digər ənənəvi avtomobil istehsalçılarının EV modelləri Tesla üçün ciddi rəqabət yaradıb.
Cnn News
Ədilə Hüseynzadə
