00:00:00
Yazar
Admin User
29.07.2025 10:33 100 1 dəq oxuma
Dünya

Dürzi lider muxtariyyət istəyib

Dürzi lider muxtariyyət istəyib

Suriya hökuməti Süveyda şəhərində baş verən toqquşmalar və yaranan humanitar böhranla bağlı məlumat yayıb.

 

Açıqlamada bildirilib: “Dürzi lider Hikmət əl-Hecrinin silahlı dəstəsi muxtar bölgə tələb edib. Süveyda şəhərindən Dəra vilayətinə 150 min mülki şəxs təxliyə edilib. Dərada ciddi humanitar böhran yaşanıb”. Həmçinin qeyd olunub ki, İsrailin hücumları nəticəsində azı 200 təhlükəsizlik əməkdaşı həlak olub.

 

Açıqlamada vurğulanıb: “Dürzi lider Hecrinin silahlı dəstəsi 2023-cü ildə olduğu kimi bu gün də muxtariyyət tələb edib. Hecri, həmçinin uçuşa qadağan zonanın yaradılmasını və İordaniya ilə sərhəd qapısının açılmasını istəyib”. Bildirilib ki, “humanitar yardımlara Dürzi lider Hikmət əl-Hecrinin qrupu əl qoyaraq onları yalnız öz qrupuna və ailəsinə paylayıb”.

 

Qeyd edək ki, 13 iyulda Süveydada Bədəvi ərəblərlə bəzi Dürzi qrupları arasında silahlı toqquşmalar başlamış, müdaxilə üçün gələn Suriya təhlükəsizlik qüvvələri pusquya salınıb. Genişlənən qarşıdurmalar atəşkəslə dayandırılsa da, Hikmət əl-Hecriyə bağlı Dürzi qüvvələr atəşkəsi pozub.

 

İsrail ordusu isə 16 iyulda Suriya Prezident Sarayı, Baş Qərargah və Müdafiə Nazirliyini bombalayıb. Suriya hökuməti 19 iyulda təhlükəsizlik qüvvələrini yenidən Süveydada yerləşdirməyə başlayıb və Bədəvi qrupların şəhəri tərk etməsinə nail olub. Qarşıdurmalar əldə edilən razılaşma nəticəsində sona çatıb.


Haberler.com

Aygün Babayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər