00:00:00
Yazar
Admin User
09.12.2025 18:29 126 4 dəq oxuma
Sosial

Düşüncəni genişləndirən vərdiş

Düşüncəni genişləndirən vərdiş

 

Mütaliə insanın bilik səviyyəsini artırır, yaradıcılığını inkişaf etdirir və gündəlik həyatda daha dərin düşünməyə imkan yaradır. Müxtəlif ədəbiyyatlara müraciət etmək isə fərqli mədəniyyətləri, baxış bucaqlarını və həyat təcrübələrini anlamağa kömək edir. Bu baxımdan, mütaliə həm şəxsi inkişaf, həm də mədəni zənginlik üçün əvəzsiz vasitədir.

 

Mütaliəni həyatının ayrılmaz hissəsi sayan və müntəzəm olaraq oxu ilə məşğul olan Günay Hüseynova "İnformator.az"a müsahibəsində qeyd edir ki, mən daha çox bioqrafik janrda kitablar oxuyuram. Çünki real insanların həyatı, yaşadıqları çətinlikləri və düşüncə tərzləri mənə çox maraqli gəlir:

 

“Eyni zamanda müxtəlif dövrləri, mədəniyyətləri və insan xarakterlərini yaxından tanımaq maraqli gəlir. Həmin insanların yaşadıqları yerlərdən keçəndə, evində olanda və ya onların haqqında çəkilmiş filmləri, şəkilləri görəndə bütün hadisələr gözümün önündə canlanır. Oxuduğum hekayələr məndə o qədər dərin təsir buraxır ki, sanki onların həyatına bir anlıq mən də daxil oluram. Bioqrafiyalar real həyatla ədəbi dili birləşdirdiyi üçün mənə daha təsirli və yadda qalan gəlir. Mən kitabların kağız formatını daha çox sevirəm. Kağız kitabın özünəməxsus qoxusu, vərəqlərin səsi və əlimdə tutduğum ağırlıq mənə daha real və yaxın hiss yaşadır. Sanki kitabla aramda canlı bir əlaqə yaranır. Bu hissi nə audio, nə də elektron kitablar verə bilir. Kağız kitab mənim üçün həm rahatlıq, həm də nostalji bir duyğudur. Oxuduğum əsərlər arasında tövsiyə edə biləcəyim bir çox kitab var. Məsələn:-Ceyn Eyr."Çərpələng uçuran","Balaca qara balıq",“Bülbülü öldürmək”," "Çərpələng uçuran"," Mənim payım","Ay və qara qəpik","Aşk","Çalikuşu" və.s
İlk növbədə oxumanın həyatımıza verdiyi faydaları düşüncə tərzini genişləndirməsi, bilik və anlayışı artırması, insanın empati qabiliyyətini inkişaf etdirməsi vurğulamaq lazımdır. Sosial şəbəkələrdə “Kitabsevərlər" qrupu var. Bu qrupda hər kəs oxuduğu kitablar barədə paylaşım edir və kitab haqqında qısa məlumat verir. Qrup üzvləri həmçinin kitab müzakirələri aparırlar, yəni əsərdə baş verən hadisələr, qəhrəmanlar və müəllifin mesajları barədə fikir mübadiləsi edirlər. Belə müzakirələr oxucuların kitabı daha yaxşı anlamağa və fərqli baxış bucaqlarını görməyə kömək edir. Bu cür platformalar oxu vərdişini inkişaf etdirmək, insanları ədəbiyyata yaxınlaşdırmaq və yeni kitablar kəşf etmək üçün çox faydalıdır. Kitablar ruhun gəzintisidir, hər səhifə yeni bir dünyaya açılan qapıdır. Bunu da qeyd etmək istərdim ki, Günay Hüseynova mütaliəni mənə sevdirən şəxslərdəndir. O, bu dünyanı mənə tanıtdığı və hər kitab vasitəsilə yeni perspektivlər açdığı üçün ona sonsuz minnətdaram".

 

Nilufər Mehyəddinova müxtəlif ədəbiyyatlara müraciət edən və müntəzəm oxuyan aktiv oxucudur. O, müsahibəsində bildirib ki, daha çox macəra və detektiv janrında kitablar oxuyuram:

 

“Bu janrlar mənə maraqlı gəlir, çünki hadisələr daim dəyişir, qəhrəmanlarla birlikdə sirrləri açmaq, yeni məkanlar kəşf etmək hissi yaradır. Oxuduqca darıxmıram və kitab məni özünə çəkir. Ən çox kağız kitab formatını seçirəm. Çünki əlimə götürüb vərəqləmək, kitabı hiss etmək mənə daha rahat və yaxın gəlir. Elektron format da bəzən işə yarayır, amma kağız kitabın ab-havası tamam fərqlidir. Xüsusilə
“Qraf Monte-Kristo”nu tövsiyə edərdim. Hadisələr çox maraqlı inkişaf edir, qəhrəmanın keçdiyi sınaqlar və onun ədalət uğrunda mübarizəsi çox təsirlidir. Oxuyanda həm həyəcanlanırsan, həm də həyatla bağlı müəyyən dərslər çıxarırsan. Fikrimcə, insanlara oxunun nə qədər faydalı olduğunu göstərmək üçün ilk növbədə kitabları gündəlik həyatla əlaqələndirmək, onların düşüncəni genişləndirdiyini və dünyagörüşü formalaşdırdığını izah etmək lazımdır. Bundan başqa, məktəblərdə və ictimai yerlərdə kitab müzakirələri, kitab mübadiləsi günləri təşkil etmək oxu marağını artıra bilər. Sosial şəbəkələrdə maraqlı kitab təqdimatları, qısa icmallar paylaşmaq da insanları oxuya həvəsləndirə bilər”.

 

Hər axşam mütaliə etməyi artıq vərdişə çevirən, vaxtaşırı müxtəlif janrlara da müraciət edən Namiq Hüseynov müsahibəsində bildirib ki, əsasən dünya ədəbiyyatına üz tutur:

 

“ Oxu seçimlərində tanınmış rus və Avropa yazıçılarının əsərləri xüsusi yer tutur. Bu marağın formalaşmasında təhsilimi rus dilində almağım mühüm rol oynayır. Ən sevdiyi yazıçılardan biri Fyodor Dostoyevskidir, Dale Karnegidir . Ən sevdiyim roman Viktor Hüqonun “Səfillər” əsəridir. “Səfillər” insanın mənəviyyatını, mərhəmət və ədalət hissini gücləndirən, oxucunu həm sosial, həm də insani düşüncələrə yönəldən nadir əsərlərdən biridir. Karneginin insan psixologiyası, ünsiyyət bacarıqları və özünüinkişaf mövzularına həsr olunan əsərləri onun ən çox müraciət etdiyi və sevdiyi kitablar sırasındadır”.


Ədilə Hüseynzadə

Gövhər Meyhədinnova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər