00:00:00
Yazar
Elmira Ağayeva
11.08.2026 21:08 18 2 dəq oxuma
Maraqlı

Daha yaxşı qərarlar vermək istəyirsiniz? Qarışqadan soruşun

Daha yaxşı qərarlar vermək istəyirsiniz? Qarışqadan soruşun

 

İnsanlar özlərini düşünmək və qərar qəbul etmək qabiliyyətinə görə təkamülün zirvəsində hesab etməyə meyllidirlər. Lakin bütün bu uzun-uzadı düşünmək bəzən bizi doğru nəticəyə gətirmir. Biz yanılmaz deyilik və çox vaxt yanlış qərarlar veririk.

 

Böcəklər isə kiçik, xaşxaş toxumu boyda beyinlərinə baxmayaraq, qərarvermə məsələsində təəccüblü dərəcədə çox şey öyrədə bilərlər. Əslində, onların bir çox problem həll etmə bacarıqları real dünyada insan sənayesində səmərəli qərarvermə üçün istifadə olunan alqoritmlərə ilham verib.Qərar qəbul etməyi yaxşılaşdırmaq üçün həşəratlardan öyrənə biləcəyimiz beş məqam var.

 

Bir işi həyata keçirməyin ən yaxşı yolunu seçmək asan deyil. Xüsusilə də qarşımızda çoxlu seçim olduqda. Bu vəziyyət “seçimlərin həddindən artıq çoxluğu” adlanır.

 

Qarışqalar da növbəti qida mənbəyini qrup şəklində müəyyənləşdirərkən belə problemlə üzləşirlər. Lakin müxtəlif qarışqa növləri bunun öhdəsindən gəlmək üçün maraqlı üsul inkişaf etdirib.


Əvvəlcə bir neçə qarışqa yuvasını tərk edir və ən yaxın və ən yaxşı qida mənbəyini axtarmağa başlayır. Onlar müxtəlif yolları sınaqdan keçirərək təsadüfi istiqamətlərdə hərəkət edirlər. Getdikləri və geri qayıtdıqları zaman digər qarışqaların sonradan izləyə bilməsi üçün yerdə zəif feromon izi buraxırlar.

 

Bu feromonlar zaman keçdikcə yox olur və qarışqalar daha güclü qoxuya malik izləri izləməyə üstünlük verirlər.

 

Ən səmərəli qida mənbəyini tapan qarışqalar qida ilə daha tez geri qayıdır və feromon izini tamamilə yoxa çıxmamış yenidən gücləndirirlər. Beləliklə, həmin yoldan daha çox qarışqa istifadə edir və iz getdikcə daha da güclənir.

 

Nəticədə daha qısa və səmərəli yollar möhkəmlənir, digər yollar isə tədricən yox olur. Koloniya isə hər hansı bir qarışqanın konkret olaraq bunu planlaşdırmasına ehtiyac olmadan kollektiv şəkildə ən qısa və səmərəli yolu tapır.

 

Beləliklə, qarışqaların bu sistemi sonradan “qarışqa koloniyasının optimallaşdırılması” metodu adlandırılıb və insanların planlaşdırma, telekommunikasiya, nəqliyyat və logistika sahələrində istifadə etdiyi alqoritmlərə çevrilib.

Elmira Ağayeva

#Qarışqalar #maraqlı
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər