00:00:00
Yazar
Admin User
20.10.2025 14:42 214 2 dəq oxuma
Maraqlı

Daim qaçırıq, amma hara?

Daim qaçırıq, amma hara?

Texnologiya inkişaf edib, imkanlar artıb, həyat daha rahatlaşıb. Amma qəribə bir paradoks yaranıb: insanlar heç vaxt indiki qədər yorğun, narazı və tələsik olmayıb. Gündüz iş, axşam sosial media, sabah yeni məqsədlər. Və bu sonsuz dövrə insanı tükəndirir. 

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında uzman psixoloq Cəmilə Rəhimli bildirib ki, gün içində yorğun hiss etmə halı fərqli səbəblərdən qaynaqlana bilər:

 

“Məsələn, iş və həyat balansını tənzimləyə bilməmək, davamlı stressli mühitlərdə olmaq, özünəqayğı və dincəlmə vaxtının olmamağı tükənməyə səbəb ola bilər, hansı ki bunun nəticəsində insan özünü daimi gərgin və yorğun hiss edə bilər. Başqa bir səbəb depressiya, təşviş pozuntularından əziyyət çəkmək ola bilər. Fiziki səbəb (hormonal xəstəliklər, vitamin azlığı və s.) olmadığı halda insanın yaşam tərzi dəyişiklikləri etməsi, varsa mental bir pozuntusu onunla bağlı müalicə alması bu daimi yorğunluq halının azalmağına kömək edə bilər. Narazılıq hissini artıran amillərdən biri də sosyal medianın təsiridir. İnsanlar sosial mediadan həyatın ancaq xoş, sevincli tərəflərini gördüyü üçün “normal həyat” belədir, həmişə xoşbəxt olmalıyam kimi yalnış inanclara qapıla və öz həyatından məmnun olmaya bilər. Xoşbəxtlik anlayışı əslində anlıqdır. Bunun daimi olmağını gözləmək həyatdan alınan məmnunluğu azalda bilər. Bu səbəbdən xoşbəxtliyi daimi hala gətirməyə çalışmaq yerinə, həyatımızda bizi xoşbəxt edən şeylərlə bağlı daimi təqdir içində ola bilmək həyat məmnunluğumuzu artırar”.

 

Banuçiçək Məmmədova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər