00:00:00
Yazar
Admin User
04.05.2023 16:49 317 1 dəq oxuma
Dünya

Danimarka hərbi xərcləri artıracaq

Danimarka hərbi xərcləri artıracaq

Danimarkada hökumət hərbi obyektlərin modernləşdirilməsi, köhnə və zədələnmiş binaların təmiri, qoşunların sayının artırılması, köhnə kompüter sistemlərinin yenilənməsi üçün hərbi xərcləri artıracağını açıqlayıb.

 

İnformator.az Türkiyə mediasına istinadən xəbər verir ki, Danimarkada hökumət rəsmiləri 10 il ərzində 5,6 milyard dollar xərclənəcəyini, bunun 1,62 milyard dollarının yeni investisiyalarda istifadə edilməli olduğunu bildirib. 

 

Müdafiə naziri vəzifəsini icra edən Troels Lund Poulsen əvvəlki hökumətlərin və yüksək səviyyəli müdafiə rəsmilərinin hərbi obyektlərə üstünlük vermədiyini bildirib. O, vəziyyətə görə hər kəsin məsuliyyət daşıdığını ifadə edib.

 

"Təhlükəsizlik siyasəti ilə bağlı vəziyyət uzun illər silahlı qüvvələri tükəndirib. İndi biz silahlı qüvvələrin bazasını yeniləməmişdən əvvəl onu bərpa etməliyik", deyə Lund Poulsen bildirib.

 

Aydan

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər