00:00:00
Yazar
Admin User
26.08.2025 06:08 142 1 dəq oxuma
İqtisadiyyat

Daşınmaz əmlak bazarının həcmi arta bilər

Daşınmaz əmlak bazarının həcmi arta bilər

Bu ilin sonuna qədər Azərbaycanda daşınmaz əmlak bazarının həcminin 501,33 milyard ABŞ dollarına çatacağı gözlənilir.

 

"İnformator.az" xəbər verir ki, Beynəlxalq Statistika Komitəsindən əldə olunan məlumata görə, bunun  403,46 milyard ABŞ dolları bazarın əsas seqmenti olan  yaşayış evlərinin payına düşəcək.

 

2025–2029-cu illərdə bu seqmentin illik orta artım tempi 7,39 % təşkil edəcək və nəticədə 2029-cu ildə bazarın həcmi 666,65 milyard ABŞ dollarına yüksələcək.

 

"Azərbaycanın daşınmaz əmlak bazarında lüks mülklərə tələbat artmaqdadır. Bu tendensiyanın əsas səbəblərindən biri ölkəyə yönələn xarici investisiyaların çoxalmasıdır", - deyə məlumatda qeyd olunub.

 

Bu il dünyada daşınmaz əmlak bazarından ən yüksək gəlirin ABŞ-də qeydə alınacağı proqnozlaşdırılır – 136,6 trilyon ABŞ dolları.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər