00:00:00
Yazar
Güllər Gülhüseynova
25.02.2026 21:14 21 2 dəq oxuma
İqtisadiyyat

Data mərkəzləri və süni intellekt Azərbaycanın rəqəmsal katalizatoruna çevriləcək

Data mərkəzləri və süni intellekt Azərbaycanın rəqəmsal katalizatoruna çevriləcək

Azərbaycanda data mərkəzlərinin yaradılması və süni intellekt texnologiyalarının tətbiqi təkcə texnoloji modernləşmə deyil, ölkə iqtisadiyyatının struktur transformasiyası üçün strateji alətdir. Data mərkəzləri və süni intellekt rəqəmsal iqtisadiyyatın əsas infrastruktur elementləri hesab olunur və bu sahələrə yatırımlar ölkədə məlumatların təhlükəsiz saxlanılması və emalı üçün etibarlı baza formalaşdırır 

 

Məsələ ilə bağlı iqtisadçı Rəşad Həsənov "İnformator. az"a açıqlamasında bildirib ki, süni intellekt və data mərkəzləri müasir və sürətlə rəqəmsallaşan iqtisadiyyatlar üçün ciddi çağırışlardır, bu istiqamətdə infrastrukturun formalaşdırılması, inkişaf etdirilməsi iqtisadiyyatın inkişafı və rəqabət qabiliyyəti üçün vacibdir. Amma bu faktorların iqtisadiyyata təsiri iqtisadiyyatın inkişaf modelindən, formasından və strukturundan asılı olaraq dəyişəcək:


"Azərbaycan iqtisadiyyatının bugünkü inkişaf səviyyəsini nəzərə alsaq, təəssüflə qeyd etmək lazımdır ki, hələ uzun müddət Azərbaycan iqtisadiyyatı rəqəmsallaşmadan, süni intelektin tətbiqindən və informasiya iqtisadiyyatından ciddi faydalar əldə edə biləcək potensiala malik deyil. Bu, iqtisadiyyatın daha çox xidmət sektoru üzərində qurulması, qeyri-ticarət sahələrinin önə çıxması və rəqabət qabiliyyətinin zəif olması ilə bağlıdır. Əgər rəqəmsal və rəqabət qabiliyyətli iqtisadiyyata keçmək istəyiriksə, müvafiq addımlar atmalı və əsasları formalaşdırmalıyıq. İdarəetmə modeli tamamilə dəyişdirilməli, liberal və açıq iqtisadi modelə, həmçinin qlobal iqtisadiyyatla inteqrasiya olunmuş modelə keçilməlidir. Xarici investisiyaların axınına sərbəst giriş-çıxış şərtləri təmin edilməli, investisiyaların müdafiəsi və mülkiyyət hüquqları həllini tapmalıdır".


Ekspert eyni zamanda  bildirib ki, idarəetmə modelləri rəqabət prinsiplərinə əsaslanan və əks-mərkəzləşmiş sistemə keçməli, icra hakimiyyəti institutları ləğv olunmalı, yerli özünüidarəetmə institutları inkişaf etməlidir:

 

 "Bu, resurslardan səmərəli istifadə və süni intelektin, data mərkəzlərinin iqtisadiyyata inteqrasiyası istiqamətində axın formalaşdıracaq.Yalnız bundan sonra müvafiq alətlərin Azərbaycan iqtisadiyyatına təsirindən ciddi şəkildə danışmaq olar; bu gün mövcud şərtlər daxilində yalnız minimum effektləri proqnozlaşdıra bilərik".

Aysun Xanatova

#azərbaycan #yeni #süni #katalizatoruna
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər