00:00:00
Yazar
Admin User
22.01.2026 16:09 98 1 dəq oxuma
İqtisadiyyat

Davos gündəliyi

Davos gündəliyi

Davos Ümumdünya İqtisadi Forumu çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin aparıcı qlobal maliyyə institutları və sənaye şirkətlərinin rəhbərləri ilə keçirdiyi görüşlər ölkənin uzunmüddətli iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsi kimi qiymətləndirilməlidir.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında iqtisadçı Elçin Rəşidov bildirib ki, iqtisadi inkişaf və məşğulluq yalnız fundamental islahatlarla mümkündür:

 

“Ölkəyə başa qazın girməsi üçün daxildə tapşırıqların yerinə yetirilməsi və islahatların aparılması vacibdir. Beynəlxalq institutlar daxildə gedən proseslərə reaksiya verir və buna əsasən qiymətləndirmə aparırlar. Məhz bu qiymətləndirmələrdən sonra ölkədə investisiyaların və ümumilikdə inkişafın artırılması üçün addımlar atıla bilər. Hesab edirəm ki, məsələnin kökü də məhz bundadır və problemlər kökündən həll edilməlidir. Ölkədə islahatlara ciddi ehtiyac var, xüsusilə özəl sektorda. Dövlətin özəl sektora dəstək göstərdiyi sahələrdə bu asılılıq daha qabarıqdır. Düşünürəm ki, fundamental məsələlər həll edilməyincə digər addımların faydası olmayacaq. Əgər iqtisadi artım və məşğulluğun artmasını istəyiriksə, humanitar sahədə, fiskal sahədə və müxtəlif sektorlar üzrə- kənd təsərrüfatı, sahibkarlıq, təhsil və enerji sektorlarında islahatlara ehtiyac var. Bu sahələrin hər birində ciddi iqtisadi səmərəsizlik mövcuddur. Dövlət investisiyalarının və dövlət proqramlarının idarə edilməsi də iqtisadi baxımdan səmərəsiz şəkildə dizayn və icra olunur. Bu səbəbdən iqtisadi artım və məşğulluq istəyiriksə, məhz bu sahələrə fokuslanmalıyıq”.

 

Arzu Poladova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər