DÇ-2026 qalibi nə qədər mükafat alacaq?
DÇ-2026-nın qalibi tarixə rekord mükafatla düşəcək.
"Informator.az" "Qol.az"a istinadən xəbər verir ki, FİFA ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatının qalibi olacaq milliyə 50 milyon dollar mükafat müəyyənləşdirib. Bu isə mundiallar tarixində çempiona veriləcək ən yüksək məbləğdir.
Məlumata görə, ümumilikdə 655 milyon dollar mükafat fondu təyin olunub. Qrup mərhələsində mübarizəni dayandıran komandaların 9 milyon dollar, finala yüksələn yığmaların isə nəticədən asılı olaraq 33 milyon dollara qədər gəlir qazanması nəzərdə tutulub.
