Dedi-qodu üçün ChatGPT-dən istifadə edən şəxs saxlanıldı
Çin polisi internetdə saxta xəbərlər yaratmaq və yaymaq üçün ChatGPT-dən istifadə edən bir şəxsi saxlayıb.
İnformator.az xarici mediaya istinadən xəbər verir ki, hadisə dövlət mediasında ölkədə ilk süni intellekt cinayət işi kimi adlandırılıb.
Polisin verdiyi məlumatda şübhəli şəxsin ChatGPT-dən istifadə edərək qatar qəzası haqqında yalan məlumat yazması və sonra onu şəxsi mənfəəti üçün internetdə yerləşdirməsi deyilib. Sözügedən məqaləyə təxminən 15 min dəfə baxıldığı bildirilib.
Qeyd edək ki, OpenAI tərəfindən hazırlanmış ChatGPT Çində qadağan olsa da, internet istifadəçiləri ona daxil olmaq üçün virtual şəxsi şəbəkələrdən (VPN) istifadə edə bilirlər.
Nahid
