Demet Akalından İlon Maska sərt sözlər: "Sən olmayanda biz burada idik"
"Twitter" hesabındakı mavi işarə geri götürülən Türkiyəli müğənni Demet Akalın İlon Maska sərt sözlər ünvanlayıb.
İnformator.az Türkiyə mediasına istinadən xəbər verir ki, 6,7 milyondan çox izləyicisi olan Demet Akalın İlon Maska bu sözləri yazıb:
"Ey, İlon Musk, sən yoxkən biz də burada idik, canım. Mən Demet Akalınam, bizi hamı tanıyır".
Bu paylaşımın ardından bir müddət sonra Akalının mavi işarəsi geri qayıdıb.
Həmçinin qısa müddət sonra Twitter 1 milyon və ya daha çox izləyicisi olan hesablar üçün mavi işarəni verməyə başlayıb.
