00:00:00
Yazar
Admin User
23.09.2025 12:36 177 1 dəq oxuma
Mədəniyyət

Detektiv ədəbiyyatın sirri

Detektiv ədəbiyyatın sirri

Detektiv ədəbiyyat oxucunu hadisələrin gedişinə cəlb edir, onu düşünməyə, ehtimallar qurmağa vadar edir. Bu janr həm intellektual maraq oyadır, həm də insanın psixologiyasına işıq tutur. Müasir ədəbiyyatda detektiv əsərlər oxucuların diqqətini saxlamağın ən təsirli yollarından biri hesab olunur.

 

Mövzu ilə bağlı "İnformator.az"a  açıqlamasında detektiv yazıçı, Azərbaycan yazıçılar birliyinin üzvü Elxan Elatlı bildirib ki, detektiv yazıçı incə yanaşmaları bilməlidir:

 

"Detektiv janrının əsas gücü oxucuların ölümə, cinayətlərə, onların açılmasına böyük marağından və yazıçının hadisələrə məntiqi, analitik yanaşma bacarığından qaynaqlanır. Bu yazıçılıq istedadının bir tərkib hissəsidir. Detektiv yazan yazıçı bu məqsədlə incə yanaşmalardan və taktiki gedişlərdən ustalıqla istidadə etməyi bacarmalı, cəsarətli olmalıdır. Bədii əsəri istehsal olunmuş hazır mal hesab etsək oxucu onun istifadəçisidir. Bu halda intellektli oxucunun obyektiv, qərəzsiz rəyləri gələcəkdə yazılacaq əsərlərin keyfiyyətinə müsbət təsir edə bilər. Nəzərə almaq lazımdır ki, oxucunun təsiri bəzən də mənfi yöndə olur. Yəni yazıçının oxucu kütləsi öz keçici və bayağı maraqları ilə onu yanlış yönləndirə bilər. Buna görə də yazıçı diqqətli olmalı, əsərlərində daha çox özünü, öz düşüncələrini cəsarətlə ifadə etməlidir".

 

Banuçiçək Məmmədova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər