00:00:00
Yazar
Admin User
15.01.2026 17:13 70 1 dəq oxuma
Dünya

Devid Hokni Bayö Tapisseriyasının Britaniyaya daşınmasını tənqid edib

Devid Hokni Bayö Tapisseriyasının Britaniyaya daşınmasını tənqid edib

 

Məşhur britaniyalı rəssam Devid Hokni Bayö Tapisseriyasının Fransadan Böyük Britaniyaya gətirilməsi planını kəskin tənqid edərək bunu “ağılsızlıq” və ciddi risk adlandırıb. Onun fikrincə, yaşı 900 ildən çox olan və təxminən 70 metr uzunluğundakı bu nadir sənət nümunəsinin daşınması zamanı zədələnmə ehtimalı yüksəkdir.

 

Bayö Tapisseriyasının sentyabr ayında Londonun Britaniya Muzeyində sərgilənməsi nəzərdə tutulur. Bu, Fransa və Böyük Britaniya hökumətləri arasında əldə olunan razılaşma çərçivəsində həyata keçirilir və tapisseriya 2027-ci ilin iyulunadək Britaniya Muzeyində qalacaq. Fransadakı Bayö Muzeyinin təmirə bağlanması bu qərarın əsas səbəblərindən biri kimi göstərilir.

Normandiyada yaşayan Devid Hokni bildirib ki, tapisseriya son dərəcə kövrəkdir və əsrlər boyu Bayö şəhərində xüsusi nəzarət olunan şəraitdə qorunub. Rəssamın sözlərinə görə, parçanın bükülməsi, açılması və daşınması belə ona zərər verə bilər. O, bu əsərin qiymətinin pulla ölçülə bilməyəcəyini vurğulayıb.

Britaniya Muzeyi isə bütün konservasiya və təhlükəsizlik tədbirlərinin görüldüyünü, bu cür nadir eksponatların daşınması üzrə böyük təcrübəyə malik olduqlarını açıqlayıb. Buna baxmayaraq, Hokni və bəzi fransız mütəxəssislər tapisseriyanın yerindən tərpədilməsinin yolverilməz risk daşıdığını bildirirlər.


BBC
Reyhan Quliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər