00:00:00
Yazar
Zəhra Həsənova
07.05.2026 20:56 29 1 dəq oxuma
Sosial

Dilənçiliklə məşğul olanlar cərimələnəcək? - AÇIQLAMA

Dilənçiliklə məşğul olanlar cərimələnəcək? - AÇIQLAMA

Dilənçiliklə məşğul olanlar cərimələnəcək, inzibati həbs ediləcək.

 

Mövzu ilə bağlı “İnformator.az” a açıqlamasında hüquqşünas Turan Abdullzadə bildirib ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi-nə əsasən, dilənçiliklə məşğul olmağa görə xəbərdarlıq edilir, yaxud yüz manatdan iki yüz manatadək məbləğdə cərimə tətbiq olunur:

 

“İşin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin kifayət etmədiyi hesab edildikdə isə on günədək müddətə inzibati həbs tətbiq oluna bilər. Yetkinlik yaşına çatmayan şəxsin dilənçiliyə cəlb edilməsinə görə isə iki yüz manatdan beş yüz manatadək məbləğdə cərimə tətbiq olunur və ya həmin tədbirlər kifayət sayılmadıqda on beş günədək müddətə inzibati həbs nəzərdə tutulur”.


Hüquqşünasın sözlərinə görə, bununla yanaşı, hüquqi və faktiki baxımdan ciddi fərq mövcuddur:

 

“Qanunvericilikdə “dilənçiliklə məşğul olma” inzibati xəta kimi müəyyən edilsə də, hüquq tətbiqi zamanı şəxsin vəziyyəti, məqsədi və fəaliyyətin xarakteri mühüm əhəmiyyət daşıyır. Maddi vəziyyəti ağır olan şəxs, adətən, sosial çıxılmazlıq səbəbindən küçədə yardım istəyir. Bu halda məqsəd gündəlik yaşayış ehtiyaclarını qarşılamaq olur və fəaliyyət sistemli kommersiya xarakteri daşımır. Təşkilatlanmış dilənçilik isə planlı, davamlı və gəlir əldə etməyə yönəlmiş fəaliyyət kimi qiymətləndirilə bilər. Belə hallarda bir neçə şəxsin koordinasiyalı şəkildə fəaliyyət göstərməsi, azyaşlıların cəlb edilməsi və ya bundan gəlir mənbəyi kimi istifadə olunması hüquqi məsuliyyəti ağırlaşdıra bilər”.

 

Selcan Xudiyeva

#Cərimə #qanun #hüquq
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər