00:00:00
Yazar
Ayşən Səlimova
28.03.2026 12:39 17 1 dəq oxuma
Sosial

DİN: Yağışa görə polis naryadları küçə və prospektlər boyu xidmətə cəlb olunublar

DİN: Yağışa görə polis naryadları küçə və prospektlər boyu xidmətə cəlb olunublar

Davam edən yağışlı hava şəraiti ilə əlaqədar Bakı və Sumqayıt şəhərlərində, eləcə də respublikanın digər bölgələrində polis naryadları küçə və prospektlər boyu xidmətə cəlb olunublar.

 

Bu barədə "İnformator.az"a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

 

Bildirilib ki, nəqliyyatın hərəkəti Yol Patrul Xidməti, Post Patrul Xidməti və digər aidiyyəti əməkdaşlar tərəfindən tənzimlənir, sürücülər və piyadalarla profilaktik iş aparılır:

 

"Ehtiyacı olan vətəndaşlara köməklik göstərilir, onların mənzil başına təhlükəsiz şəkildə çatmaları təmin olunur. Yağışın fəsadlarının aradan qaldırılması və vətəndaşların təhlükəsizliyinin təmin edilməsi istiqamətində DİN əməkdaşlarının koordinasiyalı fəaliyyəti davam etdirilir".

#Sosial
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər