00:00:00
Yazar
Lalə Qafarova
17.04.2026 23:01 28 1 dəq oxuma
Dünya

Diplomatiyanın Yeni Ünvanı: Antalya Forumu qlobal markaya çevrilir

Diplomatiyanın Yeni Ünvanı: Antalya Forumu qlobal markaya çevrilir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Antalya Diplomatiya Forumunun (ADF) artıq qlobal düşüncə və vicdanın ortaq platformasına çevrildiyini bəyan edib. Dövlət başçısı vurğulayıb ki, bu forum sadəcə diplomatik təmaslar məkanı deyil, həm də bəşəriyyətin ortaq gələcəyinin və fundamental dəyərlərinin müzakirə edildiyi strateji bir mərkəzdir.

 

Forumun qısa müddətdə beynəlxalq brendə çevrildiyini diqqətə çatdıran Ərdoğan, müasir diplomatiyanın mahiyyətinin dəyişdiyini qeyd edib:

 

"Müasir dövrdə diplomatiya artıq təkcə münaqişələrin həlli və maraqların toqquşması ilə məhdudlaşmır. Bu sahə həm də bəşəriyyətin ortaq gələcəyinin hansı prinsiplər üzərində qurulacağını müəyyən edən mühüm bir qüvvəyə çevrilib".

 

TRT HABER

Reyhan Quliyeva

 

#gündəm #ünvanı: #baki #diplomatiyanın
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər