00:00:00
Yazar
Admin User
14.01.2026 16:21 85 1 dəq oxuma
İqtisadiyyat

“Dəmirli” mis yatağından Çinə 1,6 mlrd manatlıq ixrac planlaşdırılır

“Dəmirli” mis yatağından Çinə 1,6 mlrd manatlıq ixrac planlaşdırılır

2025-2030-cu illər ərzində Ağdərə rayonunda yerləşən “Dəmirli” Filiz Emalı Kompleksindən Çinə ümumilikdə 1,6 milyard manat dəyərində, konsentrat formasında 85 min ton misin ixracı nəzərdə tutulur. Bu barədə kompleksin açılışı zamanı Prezident İlham Əliyevə məlumat verilib. Bildirilib ki, ilkin geoloji kəşfiyyat nəticələrinə əsasən, mədəndə 470 min tona yaxın əlavə mis ehtiyatı mövcuddur və qarşıdakı 4 il ərzində bu ehtiyatların çıxarıla bilən həcmi dəqiqləşdiriləcək.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında iqtisadçı Xalid Kərimli bildirib ki, ixrac strukturunda neft və qazın yanında mis də olacaq, yəni yerli xammal satan ölkə olaraq mis də ixrac olunacaq:

 

“Hətta neft, qaz və qızıl kimi mis də satışda olacaq. Bu, sadəcə alqı-satqıdır. Məsələn, Azərbaycan Çindən öz idxalının 17 %-ni təmin edir. Yəni milyardlarla dollar dəyərində malı Çindən idxal edirik. Bunun təsiri də elə bu formada olur, xüsusi bir gözlənti yaratmağa ehtiyac yoxdur. Onsuz da Azərbaycanla Çin arasında idxal-ixrac əməliyyatları mövcuddur. Bu regionlarda şirkətlərin açılması ümumilikdə müsbət haldır. Yerin altında aparılacaq işlərə görə təxminən yüzə yaxın adam çalışacaq. Bu da məşğulluğun artmasına səbəb olacaq. Əvvəllər bu işləri Ermənistan görürdü, indi artıq biz edəcəyik. Bu isə ölkəyə əlavə valyuta gəliri gətirəcək. Bu baxımdan da regionlarda yeni şirkətlərin açılması müsbət qiymətləndirilə bilər”.

 

Aişə Mustafayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər