Dəməşq humanitar yardımın çatdırılmasına şərait yaradacaq
Suriya hökuməti mühasirədə olan yeddi şəhərə humanitar yardımın çatdırılmasına şərait yaradacaq.
İnformator.az “Euronews”a istinadən xəbər verir ki, Suriyaya səfər edən BMT Suriya üzrə xüsusi təmsilçisi Stefan de Mituranın paytaxt Dəməşqdə görüşdüyü Suriya xarici işlər naziri Muallim Nacidən bu istiqamətdə öhdəlik aldığı deyilib.
Məsələ ilə bağlı açıqlama verən BMT sözçüsü Ferhan Hak razılaşmanın tətbiq ediləcəyi günün isə hələ müəyyən edilmədiyini qeyd edib: “Humanitar yardım təşkilatları qarşıdakı günlərdə həmin şəhərlərə çatırmaq üçün indidən yardım konvoyları hazırlamağa başlayıb. Bunun üçün xüsusi bir təmsilçi də təyin edilib. Sabah ayrı bir təlim də keçiriləcək”.
Dəməşq hakimiyyətinin ötən həftə Almaniyanın Münhen şəhərində Beynəlxalq Suriya Dəstək qrupu iclasından çıxan qərarlar nəticəsində humanitar yardımın keçidini asanlaşdırmağı qəbul etdiyi ifadə edilib.
İclasda Suriyada humanitar yardıma və atəşkəs razılaşmasına diqqət yetirilməsi ilə bağlı razılıq əldə olunmuşdu.
Bəziləri hakimiyyət qüvvələri, bəziləri isə müxalifətin əlindəki yardım çatdırılacaq şəhərlər arasında ötən ay aclıqdan ölümləri ilə gündəmə gələn Madayanın da olduğunu bildirib.
