00:00:00
Yazar
Admin User
12.05.2023 17:24 270 1 dəq oxuma
Dünya

Dənizdə çarəsiz qalan balıqçılar helikopterlə qurtarıldı

Dənizdə çarəsiz qalan balıqçılar helikopterlə qurtarıldı

Tayvanda dənizin ortasında çarəsiz qalan balıqçılar helikopterlə xilas edilib.

 

İnformator.az Türkiyə mediasına istinadən xəbər verir ki, Tayvan sahillərində qayıqları alovlanan 6 balıqçı helikopterlərlə aparılan əməliyyatla xilas edilib.

 

Tayvanın 180 kilometr şimal-şərqində biri tayvanlı, beşi indoneziyalı olmaqla altı balıqçının olduğu qayıq dünən yerli vaxtla saat 08:00 radələrində naməlum səbəbdən alovlanıb. Qayığı şişmə qayıqla tərk edən balıqçılar kömək üçün müraciət ediblər. Qısa müddətdə vertolyotla hadisə yerinə gələn Tayvan Havadan Xidmət Birliyi (NASC) balıqçıları kəndirlə çəkərək xilas edib.

 

Rəsmi qurumun açıqlamasında xilasetmə əməliyyatının uğurla başa çatdığı, balıqçıların sağlamlıqlarının yaxşı olduğu bildirilib. 

 

Aydan

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər