Dollar saxlayanlara ŞAD XƏBƏR
Yaxın Şərqdə davam edən münaqişə ABŞ dollarının mövqelərini daha da gücləndirib. Beynəlxalq ödəniş sistemi SWIFT-in məlumatlarına görə, mart ayında dolların qlobal hesablaşmalardakı payı 49,2%-dən rekord həddə - 51,1%-ə yüksəlib.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında iqtisadçı Elçin Rəşidov bildirib ki, o, əlbəttə ki, digər valyutalara təsir edir:
"O güclənəndə həmişə digər valyutalar ucuzlaşır. Çünki hamısı onunla denominasiya olunur. Belə olanda inkişaf etmiş, etməkdə olan bizim kimi ölkələrdə, məsələn, bizə tərsinə kapital axını azalır. Burada dollar güclənib, dollara borclu ölkələrə olan güclü dollar yükü artır da, bu borc yükü artır. Manat bizim bu dollara bağlı olduğuna görə, bizim məzənnə də qalxır. Bu məzənnənin qalxmasının iki təsiri var: birincisi, inflyasiya azalır. Bizdə qeyri-neft sektoru zəifdir. Bildiyiniz kimi, qonşulardan bir neçə dəfə zəifdir. Qeyri-neft istər ixracı olsun, istərsə də istehsalı olsun, adam başına düşəndə də bir mənfi təsiri olur. Müxtəlif ölkələrin maliyyə siyasətinə təsirini qeyd edirsiniz”.
İqtisadçı həmçinin bildirib ki, götürüb faiz dərəcələrini artırırlar ki, inflyasiyanın qarşısını alsın:
“Özlərinin valyutası zəiflədiyinə görə faiz dərəcəsini artırmalıdır ki, inflyasiyanın qarşısını alsın. Bizdə isə elə deyil. Manat dollarla birlikdə güclənir. Bu zaman inflyasiya qorxusu yoxdur, amma məcburuq yenə faiz dərəcəsini qaldırmağa və dediyim kimi, bu da nəticədə, real iqtisadiyyata mənfi təsir edir. Məcburuq qaldırmağa, çünki dollar güclənir, manat da güclənir. Artıq manat güclü faiz dərəcəsi tələb edir. Amma bu da məcburiyyətdən edilir. Çünki o qədər manat az buraxmalıdır. Güclü manat o qədər tələb aşağı düşür. Və nəticədə, bizim real sektor da təbii ki, çökür və belə ölkələrin maliyyə siyasəti eyni zamanda ölkələr öz valyutaları nisbətən zəiflədiyinə görə öz büdcə siyasətlərini sərtləşdirə bilirlər. Nə deməkdir? Yəni xərcləri azaltmağa meyl edirlər və borclanmalar daha azalsın. Çünki onların borclanmaları, dollarda olan borclanmaları təbii ki, onlara mənfi təsir".
Selcan Xudiyeva