00:00:00
Yazar
Lalə Qafarova
07.04.2026 22:40 11 1 dəq oxuma
Dünya

Donald Tramp: “İranda bu gecə bütün bir sivilizasiya yox olacaq”

Donald Tramp: “İranda bu gecə bütün bir sivilizasiya yox olacaq”

 

ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının açılması üçün müəyyən etdiyi müddətin bitməsinə az qalmış Truth Social üzərindən İrana sərt mesaj paylaşıb.

 

“Bu gecə bir sivilizasiya öləcək”
Tramp paylaşımında bildirib: “Bu gecə bütün bir sivilizasiya öləcək və bir daha heç vaxt geri qayıtmayacaq”.

 

ABŞ Prezidenti bu vəziyyətin baş verməsini istəmədiyini, lakin bunun böyük ehtimalla reallaşacağını qeyd edib. O, həmçinin İrandakı mövcud sistemin dəyişməsinin vacibliyini vurğulayıb.

Tramp əlavə edib ki, daha fərqli və daha ağıllı düşüncəyə malik insanların hakim olduğu tam rejim dəyişikliyi nəticəsində “inqilabi xarakterli möhtəşəm inkişaf” baş verə bilər.

Baş verənləri dünya tarixinin ən mühüm anlarından biri kimi qiymətləndirən Tramp deyib: “47 illik şantaj, korrupsiya və ölüm nəhayət sona çatır. Tanrı böyük İran xalqını qorusun”.


TRT HABER
Reyhan Quliyeva

#gecə #yeni #bütün #yox
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər