00:00:00
Yazar
Ayan Sadi
06.11.2026 20:48 26 2 dəq oxuma
Dünya

Donald Trump: Ukraynaya yeni prezident lazımdır.

Donald Trump: Ukraynaya yeni prezident lazımdır.

ABŞ prezidenti Donald Tramp Rusiyanın və ABŞ-ın təkcə Ukraynada deyil, bütövlükdə Avropada təhlükəsizlik məsələləri üzrə də razılaşmaya yaxın olduğunu düşünür.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Elşad Mirbəşiroğlu 

bildirib ki, Donald Tramp Rusiya ilə çox böyük razılaşmaya yaxın olduğunu bildirib və bu razılaşma təkcə Rusiya-Ukrayna məsələsini deyil, bütün Avropanı əhatə edəcək.:

 

“ABŞ prezidentinin bunu belə əminliklə səsləndirməsi və prosesin uzun müddətdir davam etməsi yaxın 2-3 ay ərzində Rusiya-Ukrayna münaqişəsinin sona çata biləcəyini göstərir. Təbii ki, bunun hansı şərtlər altında baş verəcəyi ayrıca müzakirə mövzusudur. Burada həlledici amil Trampın Zelenskiyə hansı çərçivədə təzyiq göstərəcəyindən asılıdır. Çünki Trampın Ukrayna rəhbərliyinə qarşı belə bir mövqe sərgiləməyə meyilli olduğu görünür.

 

Xatırlatmaq istəyirəm ki, Tramp daha əvvəl də Ukraynaya yeni prezident lazım olduğunu bildirmiş, prezident seçkilərinin keçirilməsinin vacibliyini vurğulamışdı. O, Zelenskinin razılaşma əldə etmək üçün mövcud imkanlardan bir neçə dəfə yararlana bilmədiyini də qeyd edib. Hesab edirəm ki, bu açıqlamalar Zelenskiyə irəli sürülən şərtləri qəbul etməsi ilə bağlı bir mesajdır. Hazırda onun manevr imkanları da çox geniş deyil. Çünki Ukraynanın daxilində də Zelenskiyə qarşı çıxan qüvvələrin daha ciddi şəkildə səfərbər olunduğunu görürük.

 

Avropanı əhatə edəcək təhlükəsizlik məsələsinə gəlincə, burada bir neçə məqamı nəzərə almaq lazımdır. İlk növbədə, Tramp Rusiyadan Avropanın təhlükəsizliyi ilə bağlı müəyyən təminatlar almağı nəzərdə tuta bilər. Çünki Avropada Rusiyadan yarana biləcək təhlükə ilə bağlı narahatlıqlar və səfərbərlik əhval-ruhiyyəsi mövcuddur. Rusiya tərəfi isə Avropa və NATO ilə müharibə aparmaq niyyətində olmadığını bildirir. Bu baxımdan, Tramp həmin narahatlıqları aradan qaldıracaq bir razılaşma əldə etməyə çalışa bilər”.

 

Politoloqun sözlərinə görə, Tramp yeni təhlükəsizlik arxitekturasında Avropanın Rusiya-Ukrayna münaqişəsinə təsirinin azalmasını da nəzərdə tuta bilər:

 

“Münaqişə həll olunduqdan sonra Avropanın bu məsələyə müdaxiləsinin əvvəlki səviyyədə olmamasını düşünə bilər.Bütövlükdə, hesab edirəm ki, ABŞ və Rusiya arasında intensiv dialoq mövcuddur və Rusiya-Ukrayna münaqişəsinin sona çatmasında əsas təşəbbüskarlardan biri kimi Trampın həyat yoldaşı Melaniyanın da adı çəkilir. Rusiya tərəfinin onun təşəbbüsünə görə təşəkkür etməsi və Tramp ailəsinin bu prosesdə yaxından iştirak etməsi müəyyən siqnal kimi qiymətləndirilə bilər. Bütün bunlar yaxın zamanda münaqişənin başa çatması və tərəflər arasında razılaşmanın əldə olunması ehtimalını gücləndirir”.

 

Fidan Alışova

#prezident #xəbər #trump: #gündəm #lazımdır.
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər