Belçika kralı Baş nazirin istefasını qəbul etməyib
Belçika kralı Filip cümə günü Baş nazir Bart De Veverin istefasını qəbul etməyərək ondan büdcə danışıqlarını bərpa etməyi istəyib.
Belçika Kral Sarayının bəyanatında bildirilib ki, kral baş nazirin istefasını rədd edib və büdcə ilə bağlı müzakirələrin dərhal yenidən başlamasını tapşırıb. De Vever noyabrın 16-da kral qarşısında hesabat verəcək.
Flamand mühafizəkarı olan Bart De Vever bazar ertəsi istefasını təqdim edib. Buna səbəb koalisiya tərəfdaşlarının 2027-ci ilin xərclər planı ilə bağlı razılığa gələ bilməməsi və ölkədə davam edən büdcə böhranı olub.
Kral Sarayı baş nazirin istefa qərarını təsdiqləsə də, Kral Filipin yekun qərarı təxirə saldığını və çərşənbə axşamından etibarən partiya liderləri ilə danışıqlara başlayacağını açıqlayıb.
Euronews
Zəri Bayramlı