00:00:00
Yazar
Admin User
06.02.2026 18:36 90 2 dəq oxuma
İqtisadiyyat

“Dost və qardaş ölkələr arasında bu tip kooperasiya riskləri azaldır”

“Dost və qardaş ölkələr arasında bu tip kooperasiya riskləri azaldır”

Azərbaycan və Özbəkistan arasında iqtisadi əməkdaşlığın dərinləşdirilməsi məqsədilə ümumi dəyəri 10 milyard dollar olan investisiya paketinin formalaşdırılması istiqamətində işlər aparılır.

 

Mövzu ilə bağlı iqtisadi ekspert Natiq Cəfərli “İnformator.az”a açıqlamasında bildirir ki, sözügedən 10 milyard dollarlıq investisiya paketi qısa müddətdə deyil, mərhələli və uzunmüddətli perspektivdə reallaşdırılması nəzərdə tutulan layihələri əhatə edir:

 

“Bu vəsaitlərin əsas məqsədi iki ölkə arasında iqtisadi münasibətləri keyfiyyətcə yeni mərhələyə daşımaqdır.
İnvestisiyalar əsasən yerli məhsulların istehsalının artırılmasına, qarşılıqlı birgə müəssisələrin yaradılmasına, sənaye və kənd təsərrüfatı sahəsində kooperasiyanın gücləndirilməsinə yönələcək. Burada söhbət təkcə kapital qoyuluşundan getmir. Əsas məqsəd istehsal zəncirlərinin birləşdirilməsi və ortaq iqtisadi dəyər yaradılmasıdır. Bu təşəbbüs həm də Azərbaycan və Özbəkistan şirkətlərinin birgə üçüncü ölkələrin bazarlarına çıxış imkanlarını genişləndirəcək. Bu təşəbbüs həm də Azərbaycan və Özbəkistan şirkətlərinin birgə şəkildə üçüncü ölkələrin bazarlarına çıxış imkanlarını genişləndirəcək. Bu isə ticarət dövriyyəsinin artmasına, ixrac potensialının güclənməsinə və hər iki ölkə iqtisadiyyatında dayanıqlı artımın təmin olunmasına şərait yarada bilər”.

 

Natiq Cəfərli əlavə edib ki, Özbəkistan son illərdə sürətlə inkişaf edən iqtisadi modellərdən birini formalaşdırıb və bu ölkə ilə əməkdaşlıq Azərbaycan üçün strateji baxımdan əlverişlidir:

 

“Dost və qardaş ölkələr arasında bu tip kooperasiya həm riskləri azaldır, həm də iqtisadi səmərəliliyi yüksəldir. İnvestisiya paketinin icrasında özəl sektorun iştirakı da mühüm rol oynayacaq və bu, layihələrin daha çevik və bazar yönümlü şəkildə həyata keçirilməsinə imkan verəcək. Nəticə etibarilə, bu əməkdaşlıq hər iki ölkənin iqtisadiyyatına müsbət dinamika qazandırmaqla yanaşı, regionda yeni iqtisadi imkanların formalaşmasına da töhfə verə bilər”.


Ayşə Müzəfərli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər